Sağlamlıq
İmmunitetiniz nə qədər güclüdür?
Əllərdəki cızıqlar və mikroçatlar immunitetin ümumi vəziyyətinə mənfi təsir göstərir.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, dermatoloq-kosmetoloq Svetlana Jaboyeva məlumat verib.
Dermatoloq “Sputnik” radiosuna müsahibəsində bildirib ki, havanın soyuması və aşağı rütubəti fonunda dəri baryerinin pozulması baş verir ki, bunun nəticəsində quruluq, qabıqlanma başlaya, mikroçatlar və mikrotravmalar görünə bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, buna yüngül yanaşmaq olmaz:
“İnsanın əllərində mikrotravmalar olduqda onlar hər hansı bir infeksiyanın - həm bakterial, həm də virusun giriş qapısına çevrilə bilər. Kifayət qədər qayğı göstərməsəniz, mikroçatlar, cızıqlar ciddi dermatitə, xüsusən də ekzemanın kəskinləşməsinə səbəb ola bilər”.
Həkim bu vəziyyətin qarşısını almaq üçün keramid tərkibli nəmləndiricilərdən istifadə etməyi məsləhət görür. Bundan başqa, həkim hesab edir ki, immunitetin nə qədər güclü olduğunu dərinin vəziyyətinə baxaraq müəyyənləşdirmək mümkündür:
“Yavaş sağalma immun sisteminin zəiflədiyini göstərə bilər. Əgər insanın yaraları yavaş-yavaş sağalırsa, bu, orqanizmdə pozğunluqların, o cümlədən regenerasiya pozğunluğunun, D vitamini çatışmazlığının göstəricisidir”.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin





















.webp)
.png)










.jpg)
.jpg)