Sağlamlıq
Dərini cavanlaşdıran TƏBİİ SKRAB
Sadə və sərfəli inqrediyentlərdən bədən skrabını özünüz hazırlaya bilərsiniz.
Publika.az xəbər verir ki, skrab ölü dəri hüceyrələrini təmizləməyə və məsamələri açmağa kömək edir.
Eyni zamanda selülitlə mübarizədə böyük kömək ola bilər. Bu gün mağazaların rəflərində dəriyə qulluq üçün bir çox məhsullar tapa bilərsiniz, lakin bədən skrabını evdə də asanlıqla hazırlamaq mümkündür.
Aşağıda bir neçə sadə reseptlə tanış ola bilərsiniz:
Qəhvə skrabı - Qəhvə əsaslı skrab dərinin tonusunu artırır və qan dövranını yaxşılaşdırır. Bir və ya iki prosedur üçün sizə lazım olacaq: 100 qram üyüdülmüş qəhvə; isti su; üç yemək qaşığı darçın; iki-üç yemək qaşığı zeytun yağı; lavanda efir yağı. Bir qaba üyüdülmüş qəhvə və üzərinə qaynar su töküb məcun halına salın. Üç yemək qaşığı darçın, zeytun yağı və 10 damcı lavanda yağı əlavə edin, sonra qarışdırın. Skrabı dəriyə dairəvi hərəkətlərlə çəkin, sonra yuyun.
Duz - Skrabın əsas komponenti dəniz duzudur, o dərinin səhtini çox yaxşı təmizləyir, yağlar isə nəm effekti verir. Onu hazırlamaq üçün sizə lazım olacaq: 200 qram dəniz duzu; 5 xörək qaşığı zeytun yağı; 5-6 damcı efir yağı. İnqridiyentləri birləşdirib yaxşı qarışdırın.
Kokos skrabı - Evdə ətirli kokos skrabı hazırlamaq çətin deyil. Bunun üçün sizə lazım olacaq: Təxminən 30 qram kokos yağı; 100 qram şəkər; 1 xörək qaşığı üyüdülmüş kokos; 8 damcı efir yağı. Kokos yağı sərtdirsə, onu mikrodalğalı sobada əridin. Ayrı bir qabda şəkərlə (həm ağ, həm də qamışdan istifadə edə bilərsiniz) yaxşıca qarışdırın. Üyüdülmüş kokosu və sevdiyiniz efir yağını əlavə edin, sonra yenidən yaxşıca qarışdırın.
Bal skrabı - Belə skrabı hazırlamaq üçün yalnız iki tərkib hissəsi lazımdır. Bal və təbii üyüdülmüş qəhvəni bərabər nisbətdə qarışdırın. Bədənə çəkin və təxminən 5 dəqiqə masaj edin. Skrabdan istifadə etməzdən əvvəl dərinin bala allergik reaksiyasının olub-olmadığını yoxlamaq vacibdi.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”






































