Sağlamlıq
Ömrü uzadan qidalanma rasionu
Alimlər daha uzun və sağlam həyat yaşamağınıza kömək edəcək pəhrizin olduğunu bildiriblər. Bəzi araşdırmaların nəticələri göstərib ki, bitki məhsullarına əsaslanan pəhrizlər buna kömək edə bilər.
Publika.az “Daily Express”ə istinadən xəbər verir ki, ekspertlər vegetarian pəhrizin bir çox ağır xəstəliklərin qarşısını almaqda effektli rola malik olduğunu irəli sürüb.
Tədqiqatçılar həmçinin belə qənaətə gəliblər ki, hər şey yeyən insanlarla müqayisədə vegetarianların bədən kütləsi indeksinin artması, ümumi xolesterinin artması, həmçinin aşağı sıxlıqlı lipoprotein xolesterin və qanda qlükoza səviyyəsinin yüksəlməsi kimi vəziyyətlər nəzərəçarpacaq dərəcədə azdır.
Tədqiqatçıların fikrincə, hətta vegetarian pəhriz də bariz qoruyucu təsirə malikdir və ürək-damar xəstəliklərindən ölüm hallarını 25% azaldır. Bu pəhriz həm də xərçəngdən ölümlərin 8% azalmasını təmin edir.
“Əgər vegetarian pəhrizə əməl edirsinizsə, hər gün ən azı 5 porsiya müxtəlif tərəvəz və meyvələr yeyərək doymuş yağlarla zəngin qidaların qəbulunu məhdudlaşdırmaqla və duzun miqdarına nəzarət etməklə ürəyinizin sağlamlığına nəzarət etməlisiniz”, - mütəxəssislər xəbərdarlıq edib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)