Sağlamlıq
Məşhur həkim gənc qalmağın sirrini açdı: Saçın ağarması, qırışların yaranması...
Qocalmanın ən son teoriyalarından biri sərbəst radikallar teoriyasıdır, bir neçə tədqiqatla sübuta yetirilib. Saçın ağarması, üzdə və bədəndə qırışların yaranması, dəri elastikliyinin azalması, xəstəliklər əmələ gəlməsi kimi qocalıq əlamətlərinin səbəbi sərbəst radikallar olduğu əvvəldən də bilinirdi. Həmçinin bu radikallar artritlərin, kataraktanın, xərçəngin, ürəyin tac damarlarının tutulmasının, şəkərli diabetin, qocalıq ağıl zəifliyi- Alzeymer xəstəliyinin əmələ gəlməsi mexanizmlərinin başında durur. Bəs bunlarla necə mübarizə aparaq? Antioksidantlar işə yarayarmı? Vitamin C, b karoten, vitamin E və fitoestrogenlər təbii antioksidantların liderləridir. Satışda olan qida əlavələrində ya kosmetik vasitələrdə bunlardan daha güclü sintetik antioksidantlar da vardır.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə tanınmış anestezioloq və reanimatoloq Şahin Məmmədov danışıb. Sərbəst radikalların orqanizmə təsirindən söz açan həkim hesab edir ki, sağlamlığı qorumaq üçün ilk növbədə siqareti atmalı, tokrik maddələrdən uzaq durmalı və qızartma yeməkləri minimuna endirməliyik:
“Antioksidantlar sərbəst radikallar üçün donor rolunu oynayır. Yəni sərbəst radikallar hüceyrələri zədələmək əvəzinə antioksidantlara daha asan birləşir və neytrallaşırlar. Təəsüf ki, aparılmış tədqiqatlar sərbəst radikalların antioksidantlar tərəfindən tam neytrallaşdıra bilməsini qətiyyətlə sübuta yetirmir. Mübahisəli nəticələr alınır. Hətta sərbəst radikalın dozası çox olan hallarda - siqaret çəkənlərdə antioksidant - beta karoten ağciyər xərçəngi riskini artırır. Odur ki, siqaret çəkənlərə kök şirəsi ziyandır, ağciyər xərçəngi riski artacaq. Həmçinin sərbəst radikal çox olarsa, antioksidant vitamin E də ölüm ehtimalını artırır.
Bəs necə edək? Çıxış yolu nədir:
Sərbəst radikalların əmələ gəlməsini azaltmaq. Necə?
1. Siqareti tərgitmək. Siqaret sərbəst radikal əmələ gətirmədə lider sayılır. Qocalıq dəri qırışlarının-xüsusən qaşarası nahiyədə qırışların vaxtından əvvəl yaranmasının əsas səbəbidir.
2. Toksik kimyəvi maddələrdən uzaq durmaq. Enerji içkiləri, kimyəvi maddələr əlavə edilmiş içkilər, qidalar və s.
3. Qızartma yeməklərdən tam imtina etmək. Qızartma yeməklər sərbəst radikal əmələ gətirməsində siqaretdən geri qalmır.
4. Yuxarıdakıları etdikdən sonra antioksidant qida əlavələrini qəbul etməkdən qorxmayın”.
src="/storage/files/upload/f2349acf36b7bea2f57df30b3ff18cbd17d0a06c.jpg" style="width: 434px; height: 325.5px;" class="fr-fic fr-dib">
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video



























.png)


.jpg)



