Sağlamlıq
Qulançarın inanılmaz FAYDALARI
Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, qulançarın tərkibində K vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur.
Publika.az">Publika.az xəbər verir ki, qulançarın faydalarından söz açan ekspert onun ət məhsulları ilə bişirilməsini təklif edib.
“Mərəçöyüd və ya qulançar adlanan bu bitki respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir.
Bəzi dillərdə bu bitki asparagus, sparja, kuşkonmaz, kamamuri, kumi saqqızı kimi ifadə olunur. Bitkinin yaşı çox qədimdir, Qədim Romada, 4000 il öncə isə Misirdə tanınırdı.
Bu bitkinin mətbəxdə də xüsusi yeri var və ən çox salatlar da çiy və ya azca pörtləmiş şəkildə istifadə olunur. Qırmızı ət məhsullarına da qarnir olaraq çox yaraşır.
Faydalarına gəlincə mərəçöyüdün faydalarını saymaqla bitməz. Sadəcə qısa olaraq onu deyə bilərəm ki, tərkibində K vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur. Bununda təbii olaraq sümüklərə və ümumilikdə skletə çox faydaları var” qida eksperti qeyd edib.
src="/storage/files/upload/3286760e18a196577c75e72f09d15eac053e6851.jpg" style="width: 611px; height: 407.333px;" class="fr-fic fr-dib fr-fil">
O, əlavə edib ki, tərkibindəki glutathione sayəsində stress zamanı bədəndə əmələ gələn sərbəst radikalların bədəndən çıxarılmasını təmin edir və probiotik tərkibə malik olduğu üçün immunitet sistemini də gücləndirir:
“Mərəçöyüd yüksək qan təzyiqini tənzimləməyə yardımçı olan kalium mineralı ehtiva edir. Kalium qan damarlarının divarlarını genişləndirərək və artıq duzu idrar vasitəsilə çıxararaq qan təzyiqini azaldır.
Kimlərə məsləhət görülmür?
1. Köpdən əziyyət çəkənlər az istehlak etsələr məsləhətdir çünki mərəçöyüd tərkibindəki rafinoza adlanan karbohidrat səbəbiylə də köpə səbəb ola bilər.
2. Zanbaq ailəsinə qarşı allergiyaya meylli insanlar diqqətli olmalıdırlar.
3. Gut xəstəliyi, böyrək daşı, sidik turşusu ilə bağlı problemləri olan insanlar mərəçöyüd yeməkdə ehtiyatlı olmalıdırlar, çünki tərkibində purinlər var”.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video



























.png)


.jpg)



