Sağlamlıq
Bu, əzələlərin inkişafına mane olur
Uşaqlarda əyri duruş ailələrin əsas problemlərindən biridir. Kifoz və ya skolioz deyiləndə onurğadakı əyriliklərin həddən artıq səviyyədə olduğu nəzərdə tutulur. Kifoz müxtəlif səbəblərlə inkişaf edir.
Publika.az xəbər verir ki, bu sözləri fizioterapevt-reabilitoloq Ramin Quliyev deyib.
Həkim bildirib ki, əyri oturma, əyri duruş və mövqedə dayanmaq onurğanın üzərindəki əyriliklərin zamanla artmasına səbəb olur: "Bu duruşla əlaqəli kifoz adətən yetkinlik dövründə inkişaf edir, nadir hallarda ağrı baş verir. Bu vəziyyətdə qarındakı əzələlərin, bel və ayaq əzələlərinin inkişafına mane olur.
Digər növ yaşlılarda osteoporozla əlaqəli kifozdur. Osteoporozda sümüklər zəif və nazikdir. Digər fəqərə üzərində təzyiq fəqərə cismin ön hissəsinin hündürlüyünü azaldır, nəticədə çəki ağır yüklənir və əyilmə baş verir.
Funksional (və ya inkişaf edən) kifoz, daha şiddətli kifozlar doğumdan və ya xəstəliklərdən asılı ola bilər. Cərrahi müalicə ilə kifozun qarşısını almaq və yaxşılaşdırmaq olar. Lakin uşaqlarda onurğanın əyriliyi 50 dərəcə və ya daha çox olduqda anormal sayılır. Uşaq böyüdükcə onda əyriliklər də artar. Yaxşı fizioterapevtik məşq proqramı ilə qarşısını almaq və kifozun düzəldilməsi mümkündür. Ağrı olduğunda arğıkəsici və istirahət məsləhət görülür. Uşağın böyümə dövründə, bəzən böyümənin sonuna qədər bir korsetin istifadəsi böyümənin artmasına maneə törədir. Kifoz 75 dərəcədən artıq olduqda cərrahi baxış tövsiyə olunur. Cərrahi mudaxilə kifozun düzəldilməsinə və inkişafın qarşısını almağa kömək edir".
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video



























.png)


.jpg)



