Sağlamlıq
Pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Bu dərmanı uşaqlarınıza QƏTİYYƏN VERMƏYİN!
Elə bu dəqiqə evdəsinizsə, uşağa verdiyiniz hərarət dərmanının tərkibinə baxın: dərman üzərində ad nə olur-olsun, altda kiçik hərflə nə yazılıb: “İbuprofen”, yoxsa “Parasetamol”. Əgər İbuprofen yazılıbsa, atın və Parasetamol yazılanı alın.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılova deyib.
“İbuprofen”nin zərərlərindən danışan həkim qeyd edib ki, sözügedən dərmanın istifadəsi xüsusilə uşaqlar üçün təhlükəlidir:
“Mənim də uşaqlarımın hərarətli olan günləri olub, amma evimdə “İbuprofen” tərkibli dərman olmayıb. İndi də yoxdur. Ağrı üçün də istifadə etmirəm. Hərarətə dözdüyümüz kimi, ağrıya da maksimum paarsetamol ilə dözürük. Öz uşağıma vermədiyimi başqasının uşağına da tövsiyə etmirəm.
Xatırlayırsızsa, COVID-19 zamanı “İbuprofen” molekulu olan hərarət düşürücü istifadə etməyin deyilirdi. Filan-filan sistemlərə təsir edir və s. kimi izah edilirdi. İndi sizin bilməli olduğunuz nəyə təsir etməsi deyil. Sadəcə zərərli olduğunu bilməkdir.
“İbuotufen” molekulu yeni çıxmayıb ki. Əvvəllər də olub. Amma ondan sinir, əzələ ağrıları, oynaq xəstəliklərinin müalicəsində qeyri-steroid bir dərman kimi istifadə edilirdi. Elə indi də. Məsələn, FMF kəskinləşməsi, artrit zamanı təyin edə bilərik. İltihab söndürücü təsiri var. Amma mütləq yeməkdən sonra qəbul edilir ki, mədə-bağırsaqda yara əmələ gəlməsin. Əlbəttə, bir yemək yarana biləcək yaranı önləməz. Hər ehtimal deyirik. Bəs necə oldu da, “İbuprofen” hərarət barəsində Parasetamolu ötdü keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı?
src="/storage/files/upload/e8db1ad436b7c3ccfa2e0abd9b6e7889ffd15dc2.jpg" style="width: 300px;" class="fr-fic fr-dib fr-fil">
Siz anaların və sizi tez rahatlatmaq istəyən həkimlərin sayəsində. Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana “ehtiyac” var. Və bu, çoxlu pul deməkdir. Bu ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı. Hərarətdən heç nə olmur, “İbuprofen”dən isə nələrsə olur. Bu “nələrsə” sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, Parasetamol tərkibi ilə əvəz edin. “Axı Parsetamol gec təsir edir” deyəcəksizsə, deməli bu sözlərdən uşağınızın xeyrinə nəsə götürmədiz”.
-
Region15:23Ayətullah Məkarim Şirazi cihad elan etdi
-
Nida Xəbər 15:17İrandan Azərbaycana BƏƏ-nin 6 diplomatik nümayəndəsi təxliyə olundu
-
Yaxın Şərq15:10"Bu tarixi cinayətə sərt cavab veriləcək!" - Pezeşkian
-
Nida Xəbər 14:41Ceyhun Bayramov Əraqçiyə Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verdi
-
ABŞ14:21Görün İlon Mask Xameneinin ölümünə necə reaksiya verdi
-
Yaxın Şərq13:24Netanyahudan çağırış: "Həyatınızı zəhərləyən bu rejimi devirin!"
-
Ekologiya13:00Bakıda 10 dərəcə isti olacaq
-
İdman11:30Toya 40 milyonluq super avtomobillə gəldi - Video
































.jpg)
.jpg)




