Sağlamlıq
Qozun bilmədiyimiz FAYDALARI
Qoz yüksək antioksidant aktivliyə malikdir. Bu, qozun nazik qabığında, xüsusilə yüksək olan E vitamini, melatonin və polifenol adlı bitki birləşmələrindən yaranır. Aparılan araşdırmalara görə qoz xolesterinin oksidləşdirici təsirinin qarşısını alır.
Publika.az">Publika.az tibbi saytlara istinadla bildirir ki, qozda olan “omeqa 3” yağının miqdarı əhəmiyyətli dərəcədə yüksəkdir.
İltihab ürək xəstəlikləri, Altsheymer və xərçəng kimi bir çox xəstəliklərin yaranma səbəbidir. Qozun tərkibindəki polifenollar iltihabla mübarizə aparmağa kömək edir. Eyni zamanda qozda olan “omeqa 3” yağı, maqnezium və amin turşusu da iltihabı azalda bilən vasitələrdir.
Qozun istehlakı bağırsaqlarda yaşayan faydalı bakteriyaları qidalandırır. Bu da bağırsaq sağlamlığını dəstəkləyir və xəstəlik riskinin qarşısını almağa kömək edir.
Aparılan tədqiqatlara görə qoz yemək süd vəzi, prostat xərçəngi riskini azalda bilər. Qoz bədəndə hormon reseptorlarını bloklamağa imkan verən hormona bənzər xüsusiyyətlərə malikdir. Bu, hormonla əlaqəli yaranan xərçəng xəstəliklərinin, xüsusilə də süd vəzi və prostat xərçəngi riskini azaldır.
Artıq çəki yüksək qan şəkəri riskini artırır. Müşahidə tədqiqatları göstərir ki, qoz şəkər xəstəliyi riskinin aşağı salır. Eyni zamanda artıq çəkidən əziyyət çəkənlərin müəyyən miqdarda qoz istehlakı tövsiyə edilir.
Yüksək qan təzyiqi ürək xəstəliyi və insult üçün mühüm risk faktorudur. Qoz yemək yüksək qan təzyiqi olan insanlarda təzyiqi aşağı salmağa kömək edə bilər.
Qoz yüksək kalorili olsa da, tərkibi vacib vitaminlər, minerallar, liflər, yağlar ilə zəngindir. Bu səbəbdən qoz sağlam pəhriz, yaşlandıqca yerimə və özünə qulluq bacarıqları kimi fiziki funksiyaları tənzimləyir.
Tədqiqatlar göstərir ki, qoz əslində zehniniz üçün olduqca faydalı qidadır, eyni zamanda beyni iltihabdan qorumağa kömək edən və beyin funksiyasını dəstəkləyən qidaları özündə ehtiva edir. Beyin funksiyasının inkişafı, zehni elastiklik və daha yaxşı yaddaş üçün olduqca təsirlidir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


