Sağlamlıq
Bu əlamətlərə diqqət edin! - İmmunitetiniz aşağı ola bilər!
İsti mövsümdə infeksiyaya yoluxmaq və bir neçə gün yüksək hərarətdən əziyyət çəkmək tez-tez rastlanan hadisədir. Belə hallar çox zaman immun sistemi zəifləyən insanlarda özünü göstərir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq Lyudmila Alekseyeva vm.ru-ya müsahibəsində deyib. İmmunitetin zəiflədiyini göstərə biləcək əlamətləri sadalayan həkim qeyd edib ki, istidə xəstəlik daha tez keçir.
“Yüksək temperatur, günəş, quru və açıq hava bir çox virusun mövcudluğu üçün ən əlverişsiz şəraitdir. Bununla belə, insanların 20 faizi yayda xəstələnir. Bu, immunitetin zəifləməsi, orqanizmin bakteriya və viruslardan qorunma qabiliyyətini itirməsi ilə baş verir. Patogen mikrofloranın bədənə hava damcıları vasitəsilə daxil olması soyuqdəymənin inkişafına səbəb olur”, - həkim qeyd edib.
Temperaturun dəyişməsi vəziyyəti yalnız pisləşdirir. Yəni, qızmar günəşli havadan kondisionerli soyuq otağa daxil olmaq. Havası həddindən artıq soyudulmuş otaq bədənə əlavə infeksiyanın düşməsinə səbəb ola bilər.
“Belə bir vəziyyətdə soyuqdəymənin bütün əlamətləri görünür və bakterial infeksiya tez-tez boğazda irinli iltihablara səbəb olur” , - immunoloq deyib.
Yayda xəstəlik həm də orqanizmin müdafiəsinin zəifləməsi və saprofit floranın aktivləşərək patogenə çevrilməsi nəticəsində xəstəliyin irəliləməyə başlaması ilə bağlı ola bilər. Mütəxəssis vurğulayıbb ki, daimi yorğunluq hissi keçirirsinizsə, saç tökülməsi və herpes halları varsa, sağlamlığınıza xüsusi diqqət yetirməlisiniz.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































