Sağlamlıq
Bu qrup meymunçiçəyini daha şiddətli keçirir
Dünya təcrübəsi göstərir ki, xəstəliyin kliniki əlamətləri xeyli dəyişib. Əvvəllər səpgilər əldə, boyun nahiyəsində olurdusa, indi səpgilər daha çox qarın alt nahiyəsində, genital hissələrdə olması barədə rəylər var. Səpgilərlə yanaşı, halsızlıq, baş-boğaz ağrısı, bel və əzələ ağrıları, intoksik və qripəbənzər əlamətləri hiss etdikdə həkimə müraciət etmək məsləhətdir.
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. Həkim bildirib ki, meymunçiçəyi virusu Azərbaycana hələ gəlməsə də, bir qrup xüsusilə diqqətli olmalıdır.
“Təbii çiçəyə qarşı vaksinasiya olmayan 42 yaşından aşağı vətəndaşlar meymunçiçəyinə qarşı xüsusilə həssasdılar. Təbii çiçək vaksini vurduranlar isə meymunçiçəyinə ya yoluxmurlar, yoluxsalarsa da, onu çox səthi və yüngül keçirirlər. Odur ki, virus ölkəmizdə qeydə alınarsa, dərhal karantin tədbirləri görülməli, əhali maarifləndirilməli, 42 yaşından aşağı əhali arasında təbliğat işi gücləndirilməlidir ki, yoluxma riski azalsın”, - professor bildirib.
Qeyd edək ki, rusiyalı mikrobioloq, Meçnikov adına Dövlət Elmi-Tədqiqat Peyvəndlər və Zərdablar İnstitutunun elmi direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev Ura.ru saytına müsahibəsində meymunxəstəliyinə həssas insanların kateqoriyasını açıqlayıb. Onun sözlərinə görə, xroniki xəstəlikləri, eləcə də immun sistemi ilə bağlı problemləri olanlar xəstəliyi daha ağır keçirir: “Bir qayda olaraq, xüsusilə immunitetlə bağlı problemləri, yaxud xroniki xəstəliyi olanlar meymunçiçəyi xəstəliyini daha şiddətli keçirir. Hələlik Afrikada, hətta Amerikada ölüm halları qeydə alınsa da, adətən bu xəstəlik çox ləng irəliləyir. Təxminən 40 nəfər xəstələndi və bir neçə ölüm oldu, amma bunlar əsasən onkoloji və ya digər ciddi xəstəlikləri olan insanlardır”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































