Sağlamlıq
Kardioloqdan ürək-damar xəstələrinə XƏBƏRDARLIQ - Risk qrupunda kimlər var?
Koronavirus infeksiyasına yoluxmuş xəstələrin böyük çoxluğunda ürək-damar xəstəliklərinin inkişaf riskinin artdığı müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Yevgeni Şlyaxto danışıb.
“Xəstələrin nisbətən yüksək faizində, hətta koronavirus infeksiyası gedişatının şiddəti orta olsa da, miokard zədələnməsinin markerlərində artım, troponin T səviyyələri, EKQ dəyişiklikləri aşkar edilir. Bunlar gələcəkdə miokard zədələnməsi, ritm pozğunluğu və ürək çatışmazlığının inkişaf edə biləcəyinə dair siqnallardır”, - mütəxəssis RİA Novosti-yə müsahibəsində qeyd edib.
Şlyaxto vurğulayıb ki, miokarddakı patoloji dəyişikliklər həm infeksiyanın özünün təsiri, həm də immun sistemindəki mexanizmlərin pozulması nəticəsində koronavirusun gecikmiş təsiri ola bilər: “Belə xəstələrin dərin tibbi müayinəyə ehtiyacı var, o cümlədən, ürək-damar xəstəlikləri istiqamətində. Diaqnostikaya iltihabın və ürəyin funksional vəziyyətinin markerlərinin alınması, exokardioqrafiyanın aparılması, damarların vəziyyətinin və trombozun inkişaf ehtimalının qiymətləndirilməsi, həmçinin tromboembolik ağırlaşmalar daxildir”.
Aytən Məftun
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ






















.webp)













.jpg)


