Sağlamlıq
İnfeksionist: “Meymunçiçəyinin xüsusi əlamətlərində heç bir dəyişiklik yoxdur”
Meymunçiçəyi virusu koronavirus infeksiyası qədər təhlükəli deyil. Əsasən Afrika ölkələrində tək-tük rast gəlinən virus infeksiyasıdır. Bu günə qədər dünyada baş verən yoluxmalar içərisində hələ meymunçiçəyindən ölüm halı qeydə alınmayıb.
Publika.az xəbər verir ki, bu sözləri Tibb üzrə fəlsəfə doktoru, həkim infeksionist Vüqar Cavadzadə deyib. Xəstəliyin Türkiyədə artıq qeydə alınmasından danışan həkim bildirib ki, infeksiyalar sərhəd tanımır.
“Üstəlik yay fəslinin olması, insanların ölkələrə qarşılıqlı turist səfərləri etməsi onun bizim ölkəyə də gəlib çıxma ehtimalı artırır. Lakin buna görə panikaya düşməyə ehtiyac yoxdur.
Hazırda koronavirusa qarşı ümumi qabaqlayıcı tədbirlər aparılır. Bu tədbirlər eyni zamanda meymunçiçəyinə qarşı effektlidir. İnsanlar şəxsi gigiyena qaydalarına riayət etməlidir, görülməli olan birinci profilaktik tədbir budur. Əgər Azərbaycanda yoluxma təsdiq olunarsa, o zaman yoluxan şəxsin təcrid olması, onunla kontaktda olanların müşahidə altına saxlanması kimi, əlavə tədbirlər də görülə bilər.
Xarici media yazır ki, xəstəliyin gedişində fərqli əlamətlər var. Amma meymunçiçəyində əvvəllər hansı əlamətlər müşahidə olunurdusa, indi də həmin əlamətlərlə davam edir. Əlavə xroniki xəstəlikləri olan insanların bu infeksiyaya yoluxması təbii ki, risklidir. Bu zaman simptomların şiddətlənməsi o demək deyil ki, meymunçiçəyinin əlamətləri dəyişib.
Bu, 100 illərdir davam edən xəstəlikdir, virusun özü isə ilk dəfə 1958-cı ildə aşkar edilib. Dəridə olan səpgilər heç bir dəyişikliyə məruz qalmayıb, həmçinin limfa düyünlərinin böyüməsi nəzərə çarpır. Səpgilərdən sonra dəridə çapıq izləri qala bilər. Hər bir xəstəliyin ümumi və xüsusi əlamətləri olur, meymunçiçəyinin xüsusi əlamətlərində heç bir dəyişiklik yoxdur”.
Sonda mütəxəssis meymunçiçəyinin homoseksuallar arasında geniş yayılması mövzusuna da toxunub:
“Meymunçiçəyinin qeyri-ənənəvi orientasiyalı insanlar arasında yayıldığını deyirlər və bu, müəyyən mənada doğrudur. Bu, onların yaşayış tərzidir və Arvopada cinsi azlıqlar nisbətən daha çoxdur. Lakin Afrikada homoseksuallar Avropadakı qədər çox deyil. Odur ki, bu xəstəliyin yayılmasını sadəcə homoseksualizmlə bağlamaq doğru deyil. Qeyd etməliyəm ki, dəriyə təması zamanı infeksiya keçmə xüsusiyyətinə malikdir. Homoseksual olmayan insanın da əgər yoluxmuş insanın dəri səthi ilə təması olarsa, virusun keçmə ehtimalı yüksəkdir”.
Aytən Məftun
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq





























.jpg)










