Sağlamlıq
Qəhvə ilə birlikdə yemək təhlükəlidir
Qəhvəni şəkərsiz və qaymaqsız içmək, həmçinin şirniyyatlardan imtina etmək daha yaxşıdır.
Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına diyetoloq, Rusiya Federasiyası Milli Nutritionistlər Cəmiyyətinin üzvü Anna Alyoxina danışıb:
“Şəkər, qaymaq və şərbətlər qəhvəyə əlavə kalori əlavə edərək, adi içkini kalorili yeməyə çevirir. Əgər insanda laktoza dözümsüzlüyü varsa, bu halda adi heyvan südünü bitki südü ilə əvəz etmək lazımdır”, - o, qeyd edib.
Ürək xəstəliyi, yüksək qan təzyiqi, yüksək xolesterin, şəkərli diabet və piylənmə olan insanlar süzülməmiş qəhvədən sui-istifadə etməməlidir, qəhvəni ələlxüsus marqarin əsaslı qənnadı məhsulları ilə içmək tövsiyə olunmur. Qəhvədən dərhal sonra energetik içki içmək də təhlükəlidir. Belə zərərli qarışıq yuxusuzluq və narahatlıq yaradacaq, həm də ürəyin ritmini pozacaq.
Ekspert həmçinin qeyd edib ki, qəhvədən sonra spirtli içki içmək ürək üçün ağır yükdür, bundan əlavə, sinir sistemi həddindən artıq həyəcanlanır. İçkilər arasında ən azı dörd saat fasilə vermək daha yaxşıdır.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)