Sağlamlıq
Kardioloq ürək üçün ən faydalı məhsulları açıqladı
Kardioloq, terapevt, tibb elmləri namizədi Tatyana Romanenko “Moskva 24”ə açıqlamasında bildirib ki, ərik qurusu ürəyin sağlamlığı üçün çox faydalıdır.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, buna səbəb ərikdə kaliumun yüksək olmasıdır. O qeyd edib ki, ürəyin kontraktilliyi, ürək əzələsinin gücü, ürək döyüntülərinin artması, aritmiyanın olması və ya olmamasını əsasən kaliumun miqdarı müəyyən edir. Kardioloqun sözlərinə görə, 100 qram ərik qurusu bu elementə olan gündəlik tələbatın 70%-ni ehtiva edir. Qoz-fındıq da kaliumla zəngindir.
“Badam, qoz-fındıq və bu kimi bütün çərəzlər faydalıdır və onların müəyyən ortaq nüansları var. Badam maqnezium anbarıdır, maqnezium isə ürəyimizin də ehtiyac duyduğu mikroelementdir. Əhval-ruhiyyəmiz və ürək əzələsinin gücü maqneziumdan asılıdır”, - Romanenko bildirib.
Onun sözlərinə görə, maqnezium və kalium birlikdə orqanizmdə su-duz balansını tənzimləyir. İnsana gündə 300-400 milliqram maqnezium lazımdır. 100 qram qoz-fındıq gündəlik ehtiyacın 60-70%-ni ödəyir. Mütəxəssis həm də alma yeməyi məsləhət görüb, çünki onların tərkibində bağırsaqların sağlamlığına kömək edən və qanın lipid tərkibini yaxşılaşdıran çoxlu pektin var. Alma zərərli yeməklər, fəstfud və yağlı yeməklərin zərərini azaldır.
Romanenko omeqa-3 anbarı olan faydalı məhsullar sırasına balıqları da daxil edib və bildirib ki, damarların sağlamlığı üçün zəruridir. Balığın tərkibində yalnız heyvan mənşəli məhsullarda olan iki vacib amin turşusu var - eikosapentaenoik və dokosaheksaenoik. Onlar antioksidant və antiinflamatuar (iltihab önləyici) xüsusiyyətlərə malikdir, hüceyrə divarını qorumağa, pis xolesterini azaltmağa və yaxşı xolesterini artırmağa kömək edir. Qəhvə də az miqdarda ürək üçün faydalıdır, çünki o, damarların divarlarında kalsiumun çökməsi prosesini ləngidir, yəni infarkt və insultun qarşısını almağa qadirdir.
Aytən Məftun
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO
-
Dəb05:1580-ci illərin trendi payızda dəbə qayıdır
-
Region01:41Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
İdman18 Avqust 22:24"Barselona" "Qızıl top" mükafatının sahibini transfer etdi
-
Avropa18 Avqust 22:12Almaniyada sosial fəlakət baş verdi






































