Sağlamlıq
37-dən yuxarı temperatur hansı xəstəliyin əlamətləridir?
Bir insanın bədən hərarəti 37,5 dərəcə olsa belə bədənində iltihab olmaya bilər. Əlavə əlamətlər yoxdursa, bu vəziyyət normal hesab edilir.
Publika.az xəbər verir ki, bu sözləri həkim-terapevt Aleksey Vodovozov “Ura.ru”ya müsahibəsində deyib.
“Əgər qızdırma yeganə əlamətdirsə, o zaman ciddi həyəcan üçün heç bir səbəb yoxdur. Ancaq əlavə əlamətlər - zəiflik, limfa düyünlərinin şişməsi və s. müşahidə olunursa, bir mütəxəssislə əlaqə saxlamalısınız. Biz rəqəmlərə deyil, yenə də səhhətə diqqət yetiririk. Bakterial infeksiyalarla 37,2 və ya 37,4 ola bilər və dözmək çox çətindir”, - Vodovozov bildirib.
Həkimin fikrincə, aşağı temperatur - 37 ilə 37,5 arasındadırsa, xroniki və ya iltihablı bir proses və ya xroniki infeksiyanın sübutu ola bilər. Həkim qeyd edib ki, özünüzü pis hiss edirsinizsə, gündə iki dəfə hərarətinizi ölçün. Səhər tezdən, 6:00 radələrində, sonra axşam, 12 saatdan sonra.
“Əgər müntəzəm olaraq temperatur təxminən yarım dərəcə artıbsa (37 idi - 37,5 oldu, 37,2 idi - 37,7), onda deyə bilərik ki, bu, artıq qızdırmadır”, - terapevt sonda vurğulayıb.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov












.webp)


.jpg)




















