Sağlamlıq
Bred Pitt Ancelinanın zorakılıq ittihamlarına cavab verdi
Bred Pittin nümayəndəsi Ancelina Colinin ittihamları, daha dəqiq desək, 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində baş vermiş münaqişə ilə bağlı CNN-ə açıqlama verib.
Publika.az xəbər verir ki, Colinin iddialarına görə, o və Pitt ailəsi ilə birgə Fransadan ABŞ-a uçan zaman aktyor ona və uşaqlara qarşı fiziki zorakılıq tətbiq edib. Aktrisanın sözlərinə görə, keçmiş həyat yoldaşı uşaqlardan birini boğmağa çalışıb, digərinin üzünə vurub, onu isə silkələyib və divara itələyib.
Pittin nümayəndəsi Colinin bütün bu iddialarını yalan adlandırıb:
“Onun hekayəsi inkişaf etməyə davam edir və hər dəfə yeni, təsdiqlənməmiş detallar ortaya atılır. Bred etdiklərinə görə məsuliyyət daşımağa hazırdır, amma etmədikləri üçün deyil. Bu yeni ittihamlar qətiyyən həqiqətə uyğun deyil”, - Bredin mətbuat nümayəndəsinin bəyanatında qeyd olunub.
Bred Pittin fikrincə, təyyarənin göyərtəsində baş verənlərin yenidən gündəmə gəlməsi “Château Miraval” şərab zavodunun satışı ilə bağlı məhkəmə prosesinə bağlıdır. Bred fevral ayında məhkəməyə müraciət edərək həyat yoldaşını Fransadakı mülklərindəki payını rusiyalı iş adamı Yuri Şeflerə qanunsuz satmaqda ittiham edib. Bundan sonra Ancelina cütlüyün boşanmasına səbəb olan münaqişənin təfərrüatını əks etdirən iddiaları yayıb.
Məhkəmə sənədlərində Coli bildirib ki, münaqişə əslində hava limanında başlayıb, Pitt uşaqlardan biri ilə dalaşıb. Uçuş zamanı uşaqların hamısı çox qorxduqlarına, bəzilərinin ondan dayanmasını yalvarmasına, çoxunun ağlamasına baxmayaraq, münaqişə davam edib.
Mübahisədən 5 gün sonra aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib. Xatırladaq ki, boşanma prosesi uzun və çətin olub, cütlüyün bəzi mübahisəli məsələləri indiyədək həll olunmayıb. Məsələn, Ancelina və Bred uşağın qəyyumluğu məsələsini tam həll etməyiblər.
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO







































