Sağlamlıq
Yeni il hədiyyə qutularında gizlənən TƏHLÜKƏ
Yeni il ərəfəsində mağazaların vitrinlərini uşaqların sevdiyi şirniyyatlarla dolu "Şaxta Baba hədiyyələri" bəzəyir. Bu hədiyyə qutuları uşaqları sevindirsə sə, bütün şirniyyatlar eyni dərəcədə faydalı deyil, bəziləri allergiyaya səbəb ola və uşaqların əhval-ruhiyyəsini poza bilər.
Publika.az xəbər verir ki, bu sözləri pediatr Olqa Tatarkina Lenta.ru-ya açıqlamasında Yeni il şirniyyatlarından danışarkən deyib.
Həkim vurğulayıb ki, bu qutuları seçərkən valideynlər diqqətli olmalıdır. Onun sözlərinə görə, ata və ana, baba və nənə, dayı, xala və.s kimi ailə üzvləri uşaqları bu cür hədiyyələrlə sevindirməkdən çəkinməlidir. Bir qutu kifayət edir. Hər kəsdən oxşar şirniyyat payı alan uşaq onları yeməyə çalışacaq. Bu zaman hətta allergiyası olmayan uşaqların da bədənində ləkələr və səpkilər yaranacaq.
"Yeni il hədiyyə qutularının əsasını, bir qayda olaraq, şokoladlar təşkil edir. Şokolad histamin buraxır, yəni mast hüceyrələrindən histamin kimi bir maddənin ayrılmasına kömək edir. Bu da o, öz növbəsində dəridə səpgilərin və qaşınmaların yaranmasna səbəb olur. Müasir şirniyyatlar stabilizatorlar, emulqatorlar, süni qidalandırıcı və digər elektron kodlu komponentləri ehtiva edir. Bütün bu komponentlər həm də histamin yaradan təsirə malikdir və uşaqlar, xüsusən də allergik xəstəliklərdən əziyyət çəkənlər üçün tövsiyə edilmir.
Bundan əlavə, qoz-fındıq da təhlükəli ola bilər. Fıstıq, fındıq, qoz və ya digər çərəz növləri də allergik reaksiyalara səbəb ola bilər. Həmçinin indi uşaqlar arasında marmelad çox məşhurdur. Uşaqlarınıza bu cür marmeladlar almamağa çalışın. Onların tərkibində allergik reaksiyalara səbəb ola biləcək müxtəlif süni əlavələr ola bilər" , - həkim bildirib.
Onun sözlərinə görə, yadda saxlamaq lazımdır ki, uşaqların orqanizmi müəyyən boyalara və zərərli maddələrə xüsusilə həssasdır. Buna görə də ümumiyyətlə, üç yaşından kiçik uşaqlara şirniyyat vermək arzuolunmazdır və karamelə yalnız məktəb yaşından icazə verilir.
Aytən Məftun
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































