Kişi və qadının qan qrupu uyğunsuzluğu hamiləlik şansına necə təsir edir?
Bizi izləyin

Sağlamlıq

Kişi və qadının qan qrupu uyğunsuzluğu hamiləlik şansına necə təsir edir?

Belə hesab olunur ki, ideal cütlüklər qan qrupu da daxil olmaqla bir-biri ilə yüz faiz uyğunlaşmalıdır. Bəs bu, həqiqətən belədir?

Publika.az xəbər verir ki, mama-ginekoloq, tibb elmləri namizədi, reproduktoloq Anna Povarova hamiləlik şansını artıran amillər arasında qan qrupunun rolu barədə danışıb.

- Qan uyğunsuzluğu sonsuzluğa səbəb olurmu?

- Qan uyğunluğu olmayan cütlüklərin sonsuz olması mifdir. Bir qadın və bir kişi, fərqli Rh və qruplara sahib olsalar da, uşaq sahibi ola bilərlər. Sadəcə burada hamiləliyin necə keçəcəyi və bunun körpənin sağlamlığına təsir edib-etməyəcəyi sualı ortaya çıxır.

Rezus konflikti əsas riskdir. Rezus konflikt müxtəlif ağırlaşmalara səbəb ola biləcək hemoliktik pozğunluqdur. Nəticədə yenidoğulmuşun sarılıq xəstəliyi, düşük, vaxtından əvvəl doğuş, ölü doğum kimi fəsadlar yarada bilər.
Gələcək ananın qan qrupu mənfi, atada isə müsbətdirsə, bu, heç bir şəkildə mayalanma prosesinə təsir göstərmir. Rezus konflikti hamiləliyin sonlarında, ananın müsbət Rh faktoru ilə dölün hüceyrələrinə "hücum edən" antikorları inkişaf etdirdiyi zaman baş verə bilər. Düşük, dölün intrauterin ölümü və ya yenidoğanın hemolitik xəstəliyi ehtimalı artır.

Xoşbəxtlikdən, qadınların yalnız 10% -i belə bir problemlə qarşılaşır. Əgər abortlar, düşüklər və digər ginekoloji ağırlaşmalar olmazsa və hamiləlik yaxşı gedərsə, konflikt riski sıfıra yaxındır.

Rezus konflikti problemi həll edilə bilər: gələcək ana ilə uşağın səhhətini və vəziyyətini nəzərə alaraq fərdi hamiləliyin idarə edilməsi planı tərtib edilir. Dinamik müşahidələr fəsadların qarşısını almağa kömək edəcək.

- Hamiləliyə nə mane olur?

- İl ərzində müntəzəm cinsi həyatı olan, həmçinin reproduktiv yaşın zirvəsində olan sağlam partniyorlar uşaq sahibi ola bilmirlərsə, bu, heç də qan qrupu ilə bağlı deyil. Səbəbi başqa yerdə axtarmaq lazımdır.

Həkimlər sübut ediblər ki, stress və qeyri-sağlam həyat tərzi həm kişilərin, həm də qadınların reproduktiv funksiyasına birbaşa təsir göstərir. Mayalanma üçün cütlüklər pis vərdişlərdən imtina etməli, düzgün və balanslı yemək və yaxşı istirahət etməlidirlər. Yuxu kişilər üçün xüsusilə vacibdir, çünki kişi cinsi hüceyrələrinin istehsalına cavabdeh olan testosteron gecə istehsal olunur.

- Yaşın hamiləlikdə rolu nə qədərdir?

- Hamiləlik və doğuş üçün optimal yaş 20-35 yaş arasıdır. Bundan sonra, yumurtaların və spermaların keyfiyyəti, təbii olaraq sağlam bir uşaq dünyaya gətirmə şansı nəzərəçarpacaq dərəcədə azalır. Bununla belə, müasir tibb hətta 35 yaşdan sonra da doğuşu mümkün edir. Reprodiktivlik dövründə yumurtalar dondurula bilər. Beləliklə, hamiləliyi təxirə sala bilərsiniz.

Mayalanma çətinliyi olan cütlüklərin yarısında eyakulyasiyada spermatozoidlərin konsentrasiyasının azalması səbəbindən baş verir. Buna görə də, yalnız qadının deyil, kişinin də müntəzəm müayinədən keçməsi arzu edilir. Hamiləliyin planlaşdırılması zamanı gələcək ata spermoqramma keçməlidir - analiz spermatogenezin keyfiyyətini qiymətləndirməyə kömək edəcək. Problemlər aşkar edilərsə, androloq müvəffəqiyyətli mayalanma şansını artırmaq üçün lazım olan müalicə təyin edəcək.

- Hormanal fon hamilə qalmaq şansını azalda bilər?

- Hormonal pozğunluqlar həm də yumurtlama pozğunluqlarına səbəb olur. Hormon çatışmazlığı stress, adrenal vəzlərin, yumurtalıqların və tiroid vəzinin xəstəlikləri fonunda baş verir. Menstruasiya pozuntuları, piylənmə və ya arıqlamaq hormonal disbalansın ilk əlamətləri hesab olunur. Hormonal fonun pozulması sonsuzluğa səbəb olmaması üçün müayinə və terapiya üçün vaxtında həkimə müraciət etməlisiniz.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm