Sağlamlıq
Doşabın faydaları barədə bilinən yalanlar
"Doşab və ya bəhməz faydalıdırmı" sualına cavab vermək üçün doşabın hazırlanma qaydasına diqqət etmək yetərlidir. Meyvənin suyu sıxılır, faydalı lifləri kənarlaşdırılır, şəkərli və vitaminli şirəsi o ki var qaynadılır. 1 dəfə ilə ürək soyumur, dəfələrlə qaynadılır. Qaynama prosesində lazımı vitaminlər də parçalanıb gedir, qalır yalnız qatılaşıb yanmış - yəni karamelizə olmuş şəkər.
Publika.az xəbər verir ki, bu sözləri endokrinoloq Nabat Əlibəyova deyib. Valideynlər xəstələnmiş uşağa tez-tez doşab yetirmək istəsə də, həkim bildirib ki, bu məhsul zənn edildiyi qədər faydalı deyil.
"Doşab şirin sous və ya sirop kimi qida əlavəsi olaraq istifadə oluna bilər, qidalanma çətinliyi olan insanların şəkər hesabına kalori qəbulunu əvəzləyə bilər. Vitamin baxımdan meyvənin özünü yemək - dəfələrlə qaynadılmış halını yeməkdən daha faydalıdır.
Bir də qan azlığında doşab tövsiyyə olunur, bu da yəqin rəngi ilə əlaqədardır. Ölkəmizdə rəngi tünd olan hər maddədə dəmir olduğu zənn edilir. Məsələn: çuğundur, qırmızı alma və s. Halbuki, meyvələrdə dəmir çox az olur. Bu baxımdan da dəmir azlığında doşab faydalı olmayacaq" - mütəxəssis aydınlıq gətirib.
Aytən Məftun
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb





















.jpg)















