Sağlamlıq
Bu xəstəliyin dərmanı tapıldı
"London Universitet Kolleci Xəstəxanasının alimləri patogen tau zülalının səviyyəsini effektiv şəkildə azaldan Alzheimer terapiyasını uğurla sınaqdan keçiriblər".
Publika.az xəbər verir ki, bu barədə "Nature Medicine" jurnalında dərc olunan məqalədə yazılıb.
Alzheymer xəstəliyində xəstələrin beyin hüceyrələrində "tau"nun hiperfosforilləşdirilmiş formaları görünür. Onlar neyrofibrilyar dolaşıq adlanan yığınlara toplanır. Dolaşıqların yığılması ağır koqnitiv pozğunluğun inkişafı ilə əlaqəli olduğundan, tau zülalları proqnostik və terapevtik inkişaflar üçün əsas hədəf hesab olunur.
Yeni dərman "BIIB080" tau proteinini kodlayan MAPT genini hədəf alır. Bu molekul oliqonukleotiddir. Yəni tau zülalının amin turşusu ardıcıllığı haqqında məlumatı nüvədən ribosomlara daşıyan aktiv genin məhsulu olan xəbərçi RNT (mRNT) ilə birləşən qısa nükleotid zənciridir.
Nəticədə, BIIB080 mRNT-nin zülal sintezində iştirakının qarşısını alır. Bu yanaşma antisens terapiya adlanır və mRNT-ni bağlayan oliqonukleotid müvafiq olaraq antisens adlanır.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































