Sağlamlıq
Nəticələri ağır ola bilər! - Həkim ən təhlükəli yuxu pozasından danışdı
Skoliozun Azaldılması Mərkəzinin britaniyalı həkimi Toni Nalda ən təhlükəli yuxu pozasını açıqlayıb.
Publika.az xəbər verir ki, həkim bu barədə “The Mirror” qəzetinə danışıb. Mütəxəssisin sözlərinə görə, söhbət ağır nəticələrə gətirib çıxara bilən qarın üstə yatmaqdan gedir.
Nəşrdə qeyd olunub ki, mədə üstə yuxuya getmək ürək problemlərinə və bel ağrılarına səbəb ola bilər.
"Fakt budur ki, bu mövqe dərin nəfəs almağı çətinləşdirir, çünki diafraqma sıxılır. Sinə üzərinə basmaqla qan dövranını maneə törədirsiniz. Üstəlik, üzü üstə yatmaq onurğaya əlavə təzyiq yaradır ki, bu da fəqərələri və ətrafdakı əzələləri gərginləşdirə bilər", - mütəxəssis izah edib.
Bundan əlavə, Nalda xəbərdarlıq edib ki, qarın üstə yatmaq miqreni tətikləyə, əsəblərin daha çox gərginləşməsinə və əyri boyunla bağlı digər nevroloji problemlərə, hətta üzdə qırışların yaranmasına səbəb ola bilər.
"Yan üstə yatmaq sağlamlığınız baxımdan daha faydalıdır. Bu mövqe onurğa sütununun təbii əyriliyini qoruyur və oynaqlarda gərginliyi minimuma endirir, həmçinin ürəyin fəaliyyətini yaxşılaşdırır və xoruldamağı azaldır", - britaniyalı həkim yekunda qeyd edib.
Aytən
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































