Yeməkdən sonra qarın ağrısına diqqət!
Bizi izləyin

Sağlamlıq

Yeməkdən sonra qarın ağrısına diqqət!

Türkiyəli professor Nihat Yavuz yeməkdən sonra başlayan qarın ağrılarının səbəbini açıqlayıb. Sən demə, bu, öd xəstəliyinin əlamətidir.

Öd xəstəlikləri həzm sisteminə ən çox təsir edən problemlərdəndir. Cəmiyyətdə hər 100 nəfərdən 10-unda rast gəlinən öd kisəsi daşları, adətən, heç bir əlamət göstərmir. Çox vaxt başqa müayinələr zamanı, təsadüfən, üzə çıxır. Belə ki, öd daşları rentgen müayinəsi nəticəsində aşkar edilir.

Öd daşlarının əsas əlaməti şiddətli qarın ağrısı şəklində özünü göstərir. Ağrılar qızartma, və bu kimi yağlı yeməklər, yumurta, şokolad və qəhvə istehlakından sonra yaranır. Bu cür qidalar öd kisəsinin yığılmasına və nəticədə qarın boşluğunda kəskin ağrılara səbəb olur.

Publika.az Türkiyə mətbuatına istinadən cərrah Nihat Yavuz öd kisəsi daşlarının müalicəsinin gecikdirilməsinin ölümcül təhlükə yaratdığını bildirib və bəzi xəbərdarlıqlar edib.

Qadınlarda 2 dəfə çox rast gəlinir

Öd kisəsində daşların yaranmasında yaş və cinsiyyət mühüm amillərdir. Öd daşları qadınlarda, xüsusilə 30 yaşından sonra, həm də kişilərə nisbətən 2 dəfə daha çox rast gəlinir Bunun hamiləlik, qidalanma və hormonal səbəblərlə bağlı olduğu güman edilir. Bundan başqa, köklük, müxtəlif dərmanlar, hormon müalicəsi, qidalanma tərzi, iltihablı bağırsaq xəstəlikləri, mədə əməliyyatı və bəzi qan xəstəlikləri də öddə daşların yaranma riskini artırır.

Şiddətli qarın ağrısının səbəbi "öd daşları" ola bilər!

Təcrübə göstərir ki, öd daşları rast gəlindiyi insanların 70-80 faizində heç bir əlamət göstərmir. Lakin ödündə daş olan xəstənin həyat keyfiyyəti ciddi şəkildə aşağı düşür. Qarnın sağ yuxarı və ya orta hissəsində başlayan ağrılar sağ çiyinə və ya belə yayılır. 2-3 saat ərzində də itir. Bəzən ağrı ilə birlikdə ürək bulanması da müşahidə oluna bilir. Əgər bu vəziyyət uzun müddət davam etsə, o zaman iltihab prosesi başlayır və xəstənin hərarəti qalxır. Bəzi xəstələrdə isə ağrı olmadan, sadəcə, mədə pozğunluğu, şişkinlik, ürək bulanması və qusma kimi əlamətlər görünür.

Müalicə gec olanda ölümcül olur!

Öd kisəsi daşından xilas olmağın yeganə həlli əməliyyatdır. Ümumi Cərrahiyyə mütəxəssisi və professor Nihat Yavuz öd kisəsi daşları əməliyyatlarına laqeyd yanaşan xəstələrə bəzi xəbərdarlıq edərək yarana biləcək problemləri belə sıralayır:

"Daşlar öd kisəsinin çıxışını bağlayaraq "öd kisəsinin iltihabına, həyatı risk yarada bilən öd kisəsinin deşilməsinə gətirib çıxarır. Həmçinin, daşlar öd kisəsindən bağırsağa keçərək, bağırsaq tıxanmasına səbəb olur. Bunlarla yanaşı, öd kisəsindəki kiçik daşların öd kanalına düşməsi və ya öd kanalında inkişaf edən daşların kanalı bağlaması nəticəsində orqanizmdə daşlar toplanır ki, bu da sarılıq, mədəaltı vəzin iltihabı, ya da öd kanallarının infeksiyası kimi ölümcül təhlükələr yaradır”.

Göbək dəliyindən "izsiz" əməliyyat!

Öd kisəsi daşlarını günümüzdə lazer üsulu ilə dəridə iz qoymadan əməliyyat etmək mümkündür. Ümumi Cərrahiyyə mütəxəssisi, professor Nihat Yavuz deyir ki, onun əsas prinsipi göbəkdə tətbiq olunan lazer əməliyyatına əsaslanır:

“Lazer üsulunun ən əhəmiyyətli üstünlüyü, kəsik izinin olmamasıdır. Buna görə də daha yaxşı nəticələr alınır. Bununla yanaşı xəstə daha az ağrı hiss edir. Xəstə xəstəxanadan 12-24 saat ərzində çıxır və 4-5 gün ərzində gündəlik həyatına qayıdıb, işə gedə bilir. Bunlar lazer əməliyyatının əsas üstünlüyüdür. Bundan əlavə, xəstədə həm də qrija varsa, müalicə olunması daha asan olur".

Qeyd: Öd kisəsi nədir?

Öd kisəsi qara ciyərin aşağı hissəsində yerləşən, uzunluğu 7-10 sm, həcmi 50 mln. olan armud formasında bir kisədir.

Öd kisəsi qara ciyərdə istehsal olunan ödü yığıb, intensivləşdirir və lazım olduğu hallarda onikibarmaq bağırsağa göndərir. Öd sayəsində bağırsaqda yağın həzmi təmin olunur. Öd, xüsusil,ə yağda əriyən vitaminlər A, D, E və K kimi vitaminlərin orqanizm tərəfindən əmilməsinə də kömək edir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm