Sağlamlıq
Ayaqdakı tükləri azaldan metodlar
Hər bir qadının ən böyük problemlərindən biri də bədəndəki xoşagəlməz tüklərdir. Xüsusən də, yaz-yay aylarında xanımların çoxu ayaqlarını tez-tez təraş etmək məcburiyyətində qalırlar.
Publika.az-ın gözəllik bölməsi bu problemi minimuma endirən asan və ucuz başa gələn metodlar təklif edir.
Kisələyin: Ayaqları yaxşı kisələdikdə bu, içəridə qalan qıl folikullarına təsir edir.
Ayaqları fırçalayın: Bədən üçün olan fırçalarla ayaqları da fırçalayın. Bu zaman təraş köpüyündən istifadə edin.
Ən yaxşı ülgücdən istifadə edin: Əgər dəriniz qurudursa, ona uyğun ülgüc seçməlisiniz. Yaxşı nəticə üçün birdən çox bıçağı olan ülgüclərdən istifadə edin. Və hər dəfə yeni bir ülgüc istifadə etməyiniz daha yaxşı nəticələr verəcəkdir.
Çıxış istiqamətinin əksinə təraş etməyin: Tükləri çıxış istiqamətində təraş edin. Əks istiqamətdə təraş nəticəsində yeni tüklər çıxanda dərini qıcıqlandırır.
Köhnə metodları sınayın: Əgər tük çıxışını azaltmaq istəyirsinizsə, ayaqlara limon, şəkər və bal sürtün. Bu qarışığı 2-3 dəqiqə mikrodalğalı sobada saxlayın və nazik təbəqə şəklində ayaqlarınıza sürtün. Daha sonra mum üsulu ilə tükləri təmizləyin. Bu üsul tüklərin azalmasında müsbət nəticə verir.
Tükləri azaltmaq üçün limon suyu: 5 yemək qaşığı limon suyu, 2 çay qaşığı duzdan maska hazırlayaq tükləri azaltmaq olar. Tükləri təmizləmə üsulu (epilyasiya, sapla alma və s.) ilə kökündən alın. Daha sonra limon suyu və duzu bir kasada qarışdırın və təmizlənmiş sahəyə qarışığı sürtün. Tük köklərinə daxil olmasını təmin etmək üçün masaj edərək yedirdin. 1 saat gözləyib ilıq su ilə durulayın. Qeyd edək ki, limon və duz qarışığını epilyasiya etdikdən sonrakı 3 gün ərzində sürtməlisiniz. Yaxşı nəticə almaq üçün tükləri kökündən çıxaran üsulları seçməlisiniz. Daimi istifadə nəticəsində tüklərin daha gec və nazik çıxdığı müşahidə ediləcək.
Soya tətbiq edin: Soya əsaslı bir losyon tapın və onu dəriyə masaj edərək sürtün. Soya tüklərin böyüməsini əngəlləmək üçün təsirlidir.
Pəhriz: Yediyimiz qidalar da bu məsələdə böyük rol oynayır. B6 vitamininin ifrazını azaldan karbohidratlar istehlak edilməməlidir.
Alternativ metodları sınayın: Tükləri azaltmaq üçün lazer epilyasiyası çox effektlidir. Lakin şəkərlə mum üsulu da təbii lazer effekti görür və tük miqdarını xeyli azaldır.
Aytən
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA