Səhiyyə
Talassemiya daşıyıcı cütlüyün üçəmləri dünyaya gəldi - İKİSİ DAŞIYICI, BİRİ...
Fevral ayı ərzində 10125 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Onların 390-da talassemiya daşıyıcılığı, 17-də siflis, 12-də isə QİÇS aşkarlanıb.
Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
İnstitut direktorunun sözlərinə görə, müayinədən keçənlər arasında 7 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.
“Ümumilikdə, 2015-ci ildən bu vaxta qədər müayinədən keçən 141 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. Onlardan 97-si İnstituta molekulyar genetik analiz üçün müraciət edib. 54 qadın hamiləliyin müxtəlif dövrlərində müraciət edərək prenatal diaqnostikası aparılıb. Götürülən dölyanı mayenin müayinəsi nəticəsində uşaqların 14-nün xəstə, 39-nun daşıyıcı olduğu müəyyən edilib. Bundan başqa, bu günlərdə hər ikisi talassemiya daşıyıcı olan valideynlərin üçəm övladı dünyaya gəlib. Prenatal müayinə zamanı iki uşaqdan dölyanı maye götürülüb, onların hər ikisinin daşıyıcı olduğu müəyyən edilib. Uşaqlardan birinin isə hamiləlik zamanı müayinəsini aparmaq mümkün olmayıb. Lakin ailə iki uşaq sağlam olduğundan ailə üçüncü uşağı dünyaya gətirmək qərarına gəlib. Uşaqlar dünyaya gəlib və artıq üçüncü uşaqdan nümunələr gətirilib, onun nəticələri hələ ki, məlum deyil”.
Z.Əlimirzəyeva bildirib ki, prenatal müayinə zamanı xəstəlik aşkarlanan uşaqların hamısı tibbi abort edilib:
“Hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılıb. Onlara xəstə uşaqların dünyaya gətirilməsi problemləri izah edilib. Ailələr xəstə uşaqların tibbi abort edilməsinə razı olublar. Ümumiyyətlə, nikahları bu müayinələrin icbari olmasından əvvəlki dövrdə baş tutan ailələr də 2-ci, 3-cü uşaqlarının xəstə və ya daşıyıcı olmasını pulsuz müayinə etdirə bilərlər. Biz həmin ailələri Respublika Prenatal Mərkəzə yönləndiririk. Dölyanı mayenin dəqiq müayinəsi aparılır. Ümumiyyətlə, bu müayinələr başlayandan bu vaxta qədər talassemiya xəstəliyi ilə doğulan uşaqların sayında azalma qeydə alınır. Bunu Respublika Talassemiya Mərkəzindən də təsdiq edirlər”.
Gülxar
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi