Səhiyyə
“Onlar qanunlara qarşı...” - Karantini pozanlar psixopatiyaya meyillidirlər? - AÇIQLAMA
ABŞ-ın Vitmen Kollecinin alimləri müəyyənləşdiriblər ki, karantin zamanı təhlükəsizlik qaydalarını qəsdən rədd edənlərdə qaranlıq üçlüyün (ing. “dark triad”, psixologiyada bu üçlüyə narsissizm, makiavellizm və psixopatiya daxildir) əlamətlərindən olan psixopatiyanın yüksək göstəriciləri var. Alimlərin fikrincə, bu cür davranışın kompleks səbəbləri ola bilər və şəxsiyyətin xüsusiyyətləri bunda az da olsa rol oynayır. Bundan başqa, daha öncəki araşdırmaların hamısında məlum olub ki, qaranlıq üçlüyün əlamətləri olan şəxslər öz sağlamlıqlarını tez-tez riskə atırlar.
Sorğuda iştirak etmiş 502 nəfər öncə şəxsi keyfiyyətlər testindən keçirilib, daha sonra onlardan sosial məsafə və digər tövsiyələrə necə riayət etdiklərini izah etmələri istənilib. Respondentlərin əksəriyyəti həm özünü, həm də çevrədəkiləri qorumaq üçün əllərindən gələni etdiyini vurğulayıb. Ancaq bəziləri bütün tövsiyələri rədd etdiyini etiraf edib. Məhz bu qrup insanlarda psixopatiyanın nevrotizm, apatiya, disinhibisiya (düşüncəsizlik, nəticəni düşünmədən hərəkət etmə) kimi qabarıq əlamətləri yüksək olub.
Mövzu ilə bağlı Publika.az-a danışan psixoterapevt Orxan Fərəcli deyib ki, bu tədqiqatlar qapalı şəkildə keçirilir. Ona görə də bu formada keçirilən tədqiqatların nəticəsinə o qədər də güvənmək olmaz və bunlar ümumi kütləni əhatə etmir:
“Amma psixopatiya dediyimiz anlayış müasir adla şəxsiyyət pozuntularıdır. Bunun şizofreniyaya heç bir aidiyyəti yoxdur. Bu, bir növ eybəcərləşmiş xasiyyət və xarakterdir. Hansı ki, alt qrupları saymasaq, şəxsiyyət pozuntularının 9-10 növü mövcuddur. Onların içərisində bir qrup var ki, onlara antisosial psixopatlar deyirik. Onlar cəmiyyətin yazılan və yazılmayan bütün qanunlarına qarşı çıxırlar, təkcə maska taxmamaq, sosial məsafəni gözləməməklə yox, eyni zamanda işıqforun qırmızı işığında keçməklə, yol hərəkəti qaydalarını pozmaqla, növbə mədəniyyətini gözləməməklə, yalan danışmaqla bu xüsusiyyətlərini nümayiş etdirirlər. Bu şəxslərə sonradan etdiklərini sübut etmək çətin olur. Yəni bu mənada araşdırma ilə razılaşmaq olar”.
Psixoterapevt bildirib ki, belə şəxslərin antisosial şəxsiyyət olması, onları bu kimi hallara səbəb olmağa meyilli edir. O.Fərəclinin sözlərinə görə, onlar yalnız maska taxmamağa, sosial məsafə və karantin qaydalarını pozmağa yox, həm də bütün qaydalara qarşı gəlməyə meyillidirlər:
“Əgər həqiqətən tədqiqatın tərkibində bu şəxslər də yer alıbsa və bu şəkildə görünübsə, bunu doğru qəbul etmək olar. Amma məhz qayda pozduğuna, sosial məsafə saxlamadığına və maska taxmadığına görə bir insanda şəxsiyyət pozuntusu olduğunu və onun antisosial şəxsiyyət olduğunu demək olmaz. Onların həqiqətən də psixopat olduğunu deməyimiz üçün müxtəlif kriteriyalar var. Bunlar uşaqlıqdan yaranma, genetika ilə bağlılıq və bu kimi müxtəlif kriteriyalara əsasən təyin edilir. Ümumiyyətlə, bütün xəstəliklərdə tək bir əlamətə görə nəsə müəyyən etmək olmur. Ancaq bu mümkündür. Qaydaları çox aşkar şəkildə pozan adamlarda antisosial şəxsiyyət problemləri ola bilər”.
Psixoterapevt əlavə edib ki, cəmiyyətdə virusa inananlar və inanmayanlar var: “Beləliklə, bir şəxs qaydalara əməl etmirsə, ona psixopat demək doğru deyil. Amma əvvəldən psixopatdırsa, onun bunu etmə ehtimalı var”.

Akqabay Mıradov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


