Səhiyyə
AMEA alimlərindən ARAŞDIRMA – BU DƏRMAN koronavirusun müalicəsində istifadə oluna bilər

“Seleniumun əsasən natrium selenit şəklində koronavirusun müalicəsində dərman kimi istifadə edilməsi xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına səbəb ola bilər”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva deyib.
O bildirib ki, bununla bağlı biologiya elmləri doktoru, professor Tokay Hüseynovla birlikdə COVID-19 genomunun bir hissəsi olan HİV/AİDS-in inkişafına və patogenliyinə təsiri barədə mövcud tədqiqatlar əsasında araşdırma aparıblar:
“Çoxsaylı tədqiqatların nəticələri göstərib ki, kimyəvi elementlərdən biri olan Seleniumun (Se) insan qidasında çatışmazlığı, dövrümüzün ən çox yayılmış virus xəstəliklərinin inkişafına səbəb ola bilər. Hantavirus kimi təhlükəli virus xəstəlikləri, ürək-damar sisteminə ciddi zərər vuran Koksaki, quş qripi, Ebola, eləcə də digər viruslar COVID-19-a bənzər simptomlara malikdir. Ürək əzələsinin zədələnməsi, diabet xəstələri üçün təhlükə hesab edilən qanın sistematik hiperkoaqulyasiyası, həmçinin qəfil tənəffüs dayanmasına səbəb olan trombositlərin sıxılması və s. xüsusilə təhlükəlidir. Bütün hallarda xəstələrin orqanizmində Seleniumun çatışmazlığı müşahidə olunur”.
AMEA rəsmisinin sözlərinə görə, Seleniumun Çinin Keşan əyalətində Koksaki virusuna qarşı dərman kimi istifadə edilməsi xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına səbəb olub:
“Aparılan tədqiqatlar nəticəsində COVID-19 üzrə ölüm hallarının əsas səbəbinin ürəyin və ürək-damar sisteminin zədələnməsi olduğu müəyyən edilib. Ölüm hallarının 50%-dən çoxu miokardın zədələnməsi və hipoksiya, yaxud asfiksiya ilə nəticələnən qanın sistemli qlobal laxtalanması ilə əlaqədardır. Bu sahədə aparılan tədqiqat işlərinin analizi əsasında belə nəticəyə gəlmək olar ki, H1N1 qripinin yayıldığı dövrdə qanda Seleniumun miqdarı və selenenzim qlutationperoksidaza fəallığı normal səviyyədə olan pasiyentlər bu xəstəliyi daha yüngül formada keçiriblər. Siçanlar üzərində aparılan model təcrübələri zamanı analoji nəticələr əldə olunub, Selenium qəbul edən siçanlarda ölüm halları digərlərindən 3 dəfə az müşahidə edilib. Sonradan А (H3N2) qrip virusu üçün də eyni nəticələr əldə olunub. Çində aparılan son epidemioloji tədqiqatlar göstərir ki, saçda olan Seleniumun miqdarı ilə sağalma arasında aşkar korrelyativ əlaqə mövcuddur. Selenium statusunun aşağı olduğu hallarla müqayisədə isə sağalmanın 3 dəfə artması müşahidə edilir. Bu zaman xəstəliyin gedişatının yumşalması vacib göstərici hesab olunur”.
Ruhiyyə Quliyeva araşdırmanın yeni bitdiyini və bununla bağlı Səhiyyə Nazirliyinə, TƏBİB-ə və digər aidiyyəti qurumlara məlumat verəcəklərini bildirib.
Akqabay Mıradov

-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video