Səhiyyə
İnfeksionistdən XƏBƏRDARLIQ: Stomatoloq koronavirus xəstəsinə resept yazırsa...
“Hazırda yoluxmalar kəskin şəkildə artır. Fevral ayından proqnozlaşdırırdıq ki, mart ayında yoluxma artacaq. İlin əvvəlindən, Britaniya ştammının yayılmasından sonra da insanlara karantin qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edilirdi. Bayram günlərində əksər şəxslərin bir-birlərinə qonaq getmələri və qapalı məkanlarda daha çox vaxt keçirmələri yoluxmaların artmasına səbəb oldu, sanki epidemik alovlanma baş verdi. Mart ayının əvvəlində yoluxanların sayı 200 civarında idisə, bu gün artıq 2 mindən çoxdur. Bir ay ərzində yoluxmalar on dəfə yüksəlib ki, bu da çox yüksək rəqəmdir”
Publika.az xəbər verir ki, bu sözləri infeksionist Vüqar Cavadzadə deyib.
Həkimin qənaətinə görə, yoluxmalardakı artım Britaniya ştammı ilə bağlı ola bilər ki, bu da qarşıdakı həftələrdə yoluxmaların daha da artacağı ehtimalını göstərir: “Biz bunun acı nəticələrini yaşaya bilərik. Britaniya ştammı geniş yayılma imkanına malikdir. COVID-19-un çox sayda ştammı var, lakin Britaniya ştammının yoluxuculuq qabiliyyəti çoxdur. Yəni 60-70 faizə bərabərdir ki, bu da daha çox insan kütləsinin yoluxmasına səbəb olur. Yoluxma artdıqca, ölüm də artır”.
V.Cavadzadə qeyd edib ki, mart ayında yoluxan insanlardakı əlamətlər, xəstəliyi keçirmə forması payız aylarına nisbətdə özünü fərqli özəlliklərlə göstərir: “Məsələn, xəstələr daha tez ağırlaşırlar, yüksək temperaturla müraciət edirlər, əlamətlər özünü daha kəskin formada büruzə verir. Payızda hərarət 37-38 dərəcə olurdusa, artıq biz 40 dərəcədən yuxarı temperaturla müraciət edənləri müşahidə edirik. Payızda xəstə xəstəliyinin ikinci həftəsindən ağırlaşırdısa, artıq ilk həftədən ağırlaşma olur. Ən əsası isə indiki müalicə tez effekt vermir, virus daha gec tabe olur, sanki müalicəyə aqressiya göstərir. Yoluxmalar təkcə Azərbaycanda artmayıb, bütün dünyada belədir. Qardaş Türkiyədə də ötən ay yoluxma sayı daha az idisə, artıq bu gün yoluxanların sayı xeyli artıb, rekord həddə çatıb”.
Həkim vaksinlərin virusa qarşı effektivliyindən də danışıb. Bildirib ki, bəzi viruslar tarixdə məhz vaksinasiya yolu ilə yer üzündən silinib: “Məsələn, təbii çiçək xəstəliyi artıq yoxdur. Bu, vaksinin səbəbinə olub. Vaksin yeridərək qanda immunitet yaradılır ki, ölüm halları kəskin azalsın, şəxs virusa yoluxsa belə, asimptomatik keçirsin və ağırlaşmalar olmasın. Peyvənd olunan şəxsdə 6 ay ərzində immunitet formalaşır və o, 6 aydan sonra təkrar xəstələnə bilər. Vaksin olunan insanlarda immunitetin formalaşması fərdidir. Birində tez, digərində gec formalaşa bilər”.
İnfeksionist son ayda artan ölüm hallarının əsas səbəblərindən də danışıb. Bildirib ki, burada evdə səhv müalicələr də rol oynayır. Onun sözlərinə görə, əsas faktor müalicənin səhv aparılması, lazımsız dərman preparatlarının qəbul edilməsi və bu kimi digər hallardır:
“Hər bir xəstəliyin müalicəsinə fərdi yanaşmaq lazımdır. Heç bir xəstəliyin müalicəsində şablon reseptdən istifadə etmək mümkün deyil. Bu halda ağırlaşmalar ola bilər. Ağırlaşmaların səbəbləri bir neçə ay əvvəldən başlayır. İnsanlar xəstələnməmişdən əvvəl virusa yoluxmamaq, özlərini qorumaq üçün müxtəlif dərmanlar istifadə edirlər. Bu isə sonradan əks təsirlərini göstərir. Onlar fərqli “sistemlər”, vitaminlər qəbul edirlər. Düzdür, vitamin vacibdir, ancaq onu çox qəbul edəndə zərərlidir. İnsanların virusa yoluxmamış kimyəvi tərkibli antiviral maddələri qəbul etməsi onların immun sisteminin fəaliyyətini aşağı salır. Şəxs virusa yoluxanda isə xəstəliyi ağır keçirir.
İkinci məqam isə, insanlar hərarəti 37-38 dərəcə olsa belə, işə gedirlər, küçəyə çıxırlar, hətta test verməyə də ehtiyat edirlər ki, evdən çıxa bilməyəcəklər. Hərarət qalxdıqca isə müxtəlif tərkibli temperatursalıcı preparatlar qəbul etməyə başlayırlar. Hərarət aşağı düşsə də, proses ağciyərlərdə gedir. Vəziyyət o yerə çatır ki, artıq boğulmalar başlayır. O zaman da insan həkimə müraciət etmir, birbaşa aptekə üz tuturlar və ya dost-tanışdan şablon reseptlər alırlar. Sonra görürlər ki, heç bir effekt yoxdur. Çünki həkim ona baxmalı, yanaşı xəstəliyini qiymətləndirməli, laborator müayinələr aparılmalı, ehtiyac olsa müxtəlif kompüter-tomoqrafik müayinələr etməlidir və bundan sonra dərman təyin edilməlidir. Apteklər isə biznes maraqlarını nəzərə alaraq xəstəyə bir qutu bahalı dərmanlar, antibiotiklər verirlər. Onlar isə bunu qəbul etdikdən sonra ağırlaşırlar”.
Həkim əlavə edib ki, insanlar xəstələnən zaman tibb bacıları ilə və ya tibb sahəsinin digər həkimləri ilə əlaqə saxlayırlar ki, bu da ölüm hallarına və ağırlaşmalara gətirib çıxaran səbəblərdir: “Artıq bütün tibb işçiləri koronavirusu müalicə edirlər. Cərrah, oftalmoloq, hətta mən görmüşəm ki, stomatoloq belə koronavirus xəstələri üçün müalicə resepti yazır. Mən o həkimləri qınamıram, xəstə məsuliyyətli olub mütəxəssisə müraciət etməlidir. Çünki mütəxəssislər bilirlər ki, 2-3 gün sonra nələr baş verəcək və ehtiyatlı yanaşırlar. Bu sahədə işləməyən insanlar ağ və qara tərəfini nəzərə almadan müxtəlif preparatlar təyin edirlər və nəticədə xəstə ağırlaşır, xəstəxanaya düşür. Həkimlərdə də hansısa qeyri-adi qüvvə yoxdur ki, ağırlaşan xəstələri sağaltsın. Ölüm halları da bu cür artır.
Digər tərəfdən, insanların özləri də bəzən özbaşına müalicələr aparırlar. Biz bu gün bunu çox müşahidə edirik. Baxırıq ki, xəstə 10 gün hərarət içindədir, 3-4 antiviral preparat qəbul edib, son məqamda həkimə müraciət edir. Ancaq xəstələnən kimi poliklinikalarda sahə həkimlərinə müraciət etməlidirlər. Onlar artıq bir müddətdir ki, COVID-19 xəstələri ilə işləyirlər və müəyyən qədər müalicə mərhələsindən xəbərdardırlar, lazım olan istiqamət üzrə yönəldirlər. Bir stomatoloqun koronavirus haqqında məlumatı yoxdur, ancaq müalicə yazırsa, vəziyyət də bu cür olacaq. İnsanlar öz sağlamlıqlarına biganə yanaşırlar ki, nəticəsi də ağır olur”.
Akqabay Mıradov
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında