Səhiyyə
3-cü doza immuniteti gücləndirir? - Baş infeksionist AÇIQLADI
Sağlam insandan fərqli olaraq bədəni zəif olanlarda vaksinin əmələ gətirdiyi qoruyuculuq daha zəifdir və müddəti daha qısadır.
Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, vaksin olunandan müəyyən müddət sonra qoruyuculuğu azalır.
“İlk günlərdə bəlli deyildi, amma əksər tədqiqatlar göstərir ki, bu, təxminən 6-8 ay sonra baş verir. Yanvar ayında başlanan vaksinasiyanın ilk mərhələsində risk qrupuna daxil olan insanlar və tibb işçiləri iştirak etdi. Çünki xroniki xəstəlikləri olan yaşlı insanlarda infeksiyanın ağır keçmə riski daha yüksəkdir. Artıq bu vaksinləmənin üzərindən müəyyən müddət keçib. Təbii ki, havaların da soyuduğunu nəzərə alsaq, onlarda immunitetin zəifləməsi müşahidə olunacaq.
Növbəti faktor odur ki, virus mutasiya etməyə davam edir. “Delta” ştammının əvvəlki qoruyucu anticisimlərdən yayınma qabiliyyəti var. Belə olan halda ehtiyac yaranıb ki, risk qrupunda vaksindən sonra formalaşmış və vaxt axarında zəifləmiş immuniteti yenidən gücləndirək. Bunun üçün üçüncü - gücləndirici dozanın vurulması təklif olunur. Təbii ki, üçüncü dozanın vurulması təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində təklif olunur. Bu yolla risk qrupuna daxil olan həmin insanların yoluxaraq xəstələnməsinin və ya xəstəliyi ağır keçirməsinin qarşısı alınır”, - ekspert qeyd edib.
Həmin bildirib ki, koronavirus infeksiyasına qarşı üçüncü dozanın uşaqlara da aid olması hələ gündəmdə deyil: “Uşaqların vaksin olunması hələlik tövsiyə xarakterlidir, müraciətlər azdır. Müəyyən vaxt keçməlidir ki, araşdırmalar olsun, ondan sonra bu məsələyə baxıla bilər”.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































