Səhiyyə
Koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb
Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 45 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 19 nəfər isə sağalıb.
Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 4 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 10 142 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 808, bu günə qədər isə ümumilikdə 7 538 679 test icra olunub.
Eyni zamanda, ölkədə son sutka ərzində 187 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 81, ikinci doza vaksinlərin sayı 37 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 61-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 052 olub.
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz














.jpg)


.jpg)


.jpg)
















