Səhiyyə
TƏBİB bonusdan narazı həkimlə əlaqə saxladı - DETALLAR
İcbari Tibbi Sığorta xətti ilə həkimlərə edilən ödənişlər günün mövzusudur. Həkimlər sosial şəbəkələrdə bununla bağlı müzakirələr açıb, öz etirazlarını faktların dili ilə ifadə edirlər. TƏBİB-in iş prinsipindən narazı qalan həkimlərdən biri də Elsevər Kərimovdur.
Publika.az xəbər verir ki, o qoşulduğu müzakirədə təəssüflə qeyd edib ki, 2022-ci ilin noyabr ayında 811 nəfər xəstəni müayinə etmişəm:
“Bunun əvəzində mənə 734 manat pul hesablanıb. Dekabr ayı hələ qalıb. Hesabladım adamın biri 90 qəpiyə düşür. Ona görə də Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Heç olmasa bir xəstəyə görə 5 manat ödəsə, həkimə 4-5 min manat pulumuzu alarıq. Amma özü 17 manat silib. Hesablayın görün, mənim işimdən nə yeyib, mənə nə verib. Adam özünü qul hesab edir. Zülmünü isə xalq çəkir”.
Səsləndirilən fikirlərlə bağlı 7 saylı şəhər poliklinkasının həkimi Elsevər Kərimovla əlaqə saxlanılıb. Həkim Bizim.media-ya açıqlamasında bildirib ki, məsələnin həllinə söz veriblər:
“Mənim dünənki paylaşımımdan sonra TƏBİB-dən mənimlə əlaqə saxladılar. Və bonusların hesablanmasında yanlışlığın olduğunu bildirdilər. İndi gözləyirəm görək nə qədər artım olacaq. Söz verdilər ki, artım sabah hesabınıza otuzdurulacaq. Dekabr, yanvar və fevral aylarının bonusu hələ qalır. Çox ləngimə var”.
Həkim bonuslara görə narazılığını yenə dilə gətirdi:
“Həkimə ayrılan faizdən, yəni hər bir xəstəyə görə verilən bonuslardan bütün həkimlər narazıdırlar. Xüsusən də cərrahlar daha çox narazıdırlar. Onların işlərinin ağır olmasına baxmayaraq, onlara ayrılan faizlər çox cüzidir”.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, məsələ araşdırılıb ətraflı məlumat veriləcək.
Ona görə də məsələni diqqətdə saxlayacağıq.
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz














.jpg)


.jpg)


.jpg)
















