Səhiyyə
Bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olundu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Bu barədə Publika.az-a TƏBİB-dən bildirilib.
Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir.
Ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.
Görüşdə TƏBİB-in İcraçı direktoru tibb müəssisələrində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması, icbari tibbi sığortadan yararlanan vətəndaşların məmnunluq dərəcəsinin artırılması, həmçinin xəstəxanalarda mövcud nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
V.Qurbanov tibb personalının əməyinin stimullaşdırılması, cəmiyyətdə həkim nüfuzunun yüksəldilməsi və həkim adına xələl gətirən halların aradan qaldırılması üçün ardıcıl işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxış edən müəssisə rəhbərləri göstərilmiş etimada görə öz təşəkkürlərini bildirib, qarşıya qoyulan tapşırıqların qısa zaman ərzində icra ediləcəyini qeyd ediblər.
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz













.jpg)


.jpg)



.jpg)
















