Səhiyyə
17 həkim biabır oldu: Onların tapa bilmədiyini...
Üç il ABŞ-də 17 həkimə müraciət edən yeddi yaşlı Aleksin sağlamlıq probleminə ChatGPT-nin həlli süni intellektin “həkim” rolunu da oynayacağını bir daha ortaya qoydu.
Publika.az xəbər verir ki, hələ 4 yaşında ikən xroniki ağrılar yaşamağa başlayan uşaq hər gün ağrıkəsici istifadə etməli olub. Ağrıları başlayandan qısa müddət sonra Aleksin psixoloji vəziyyəti da dəyişməyə başlayıb.
Soyadlarını açıqlamaq istəməyən Kortni adlı qadın oğlunun sinir krizləri keçirdiyini deyib və bildirib ki, uşaq əşyaları da çeynəməyə başlayıb.
Lakin bir müddət sonra Kortni Aleksin bədəninin böyümədiyini görüb. O, dərhal Aleksi pediatrın yanına aparıb. Həkim bildirib ki, koronavirus pandemiyası Aleksin inkişafına mənfi təsir edib. O, Aleksi ayaqlarında olan qeyri-sabitlik səbəbindən fiziki müalicəyə yönləndirib.
Ancaq fiziki müalicəyə başlamazdan əvvəl Aleks getdikcə pisləşən şiddətli baş ağrıları yaşayırdı. Nevroloq uşaqda miqren olduğunu söyləyib. Aleks həm də yorğunluqla mübarizə aparırdı. Buna görə də o sinus boşluqları və ya tənəffüs problemlərinə görə yuxu problemi olub-olmadığını yoxlamaq üçün qulaq-burun-boğaz həkiminə aparılıb. Zaman keçdikcə Aleksi bir çox həkim bu üsulla müayinə etsə də, onun bütün problemlərinin mənbəyi olan xəstəliyi tapmaq mümkün olmayıb.
Üç illik axtarışdan sonra Kortni son çarə olaraq süni intellektli söhbət botu ChatGPT-dən Aleksin vəziyyəti barədə soruşmağa qərar verib.
Kortni deyib ki, biz Aleksi 17 həkimə apardıq, hamısı diaqnoz qoydular, amma heç bir nəticə əldə edə bilmədik. Ona görə də bütün şərtləri irəli sürməyə davam etdim. Bütün gecəni kompüter qarşısında keçirdim. Aleksin test nəticələrini sətir-sətir keçdim. Simptomları ChatGPT-ə ətraflı daxil etdim. Çatbot cavab verdi ki, bu, onurğa beyni sindromu ola bilər. Mən dərhal diaqnozu araşdırdım və bunun mükəmməl məna kəsb etdiyini düşündüm.
Kortni ChatGPT-dən aldığı məlumat əsasında yenidən həkimlərlə görüşüb. Nəhayət, Aleksin bu sindromun ən yüngül forması olan "spina bifida occulta"ya sahib olduğu anlaşılıb. Bu xəstəlik onurğada bir və ya bir neçə sümük düzgün formalaşmadıqda baş verir. Xülasə, uşağın onurğasında kiçik bir boşluq var idi. Bu boşluqlar kiçik olduğu üçün sindromun bu versiyasının diaqnozu çətinləşib. Amma süni intellekt çox tez düzgün diaqnoz qoya bildi.
Aleks indi daha yaxşıdır, amma bütün bunlar ağlıma bu sualı gətirir. "Süni intellekt bir müddət sonra həkimləri üstələyə bilərmi?".
Nəzrin
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















