Sosial
Bakıda metro çıxışlarında çadırlar niyə quraşdırılır? - AÇIQLAMA
Paytaxtın bir sıra metrostansiyalarının çıxışlarında çadırlar quraşdırılır.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən Publika.az-a verilən məlumata görə, quraşdırılan çadırlarda məktəbli ləvazimatları satılacaq.
Məlumata görə, qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəb ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırılır.
“Bütün çadırlar qurulandan və aidiyyəti qurumlar tərəfindən onların fəaliyyətinə rəy veriləndən sonra yarmarkalar fəaliyyətə başlayacaq. Yarmarkalar ehtiyac olan yerlərdə quraşdırılır, əməkdaşlarımız tərəfindən araşdırma aparılır, eytiyac olan rayonlarda bu say artırıla bilər. İlkin mərhələdə məktəbli yarmarkaları metronun “28 May”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov “Koroğlu” və “Neftçilər” stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. Məktəbli yarmarkalarında dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq”.
Departamentdən bildirilib ki, yarmarkaların sentyabrın 20-dək fəaliyyət göstərməsi planlaşdırılır. Lakin təlabat olduğu halda müddət artırıla bilər.
Gülxar
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi








.jpg)










.jpg)








.jpg)
.jpg)





