Sosial
Bu ölkədən Azərbaycana heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyuldu
Azərbaycan Rusiyanın bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub.
Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib.
Bununla əlaqədar olaraq, Rusiyanın Krasnodar diyarının
ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk
diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına
müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın Krasnodar və
Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən
tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin
gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə
müraciət olunub.
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı








_(1).jpg)








.jpg)



















.jpg)
.jpg)