Sosial
Şəmkirdə əkin sahələri od tutub yanır – FOTOLAR
Şəmkirin Qaracəmirli kəndinin fermerləri əkin sahələrinin susuzluqdan əziyyət çəkdiyini, aidiyyəti qurumların yonca sahələrini suvarmaq üçün fermerləri su ilə təmin etməkdə aciz qaldığını iddia edirlər.
Bir qrup kənd sakininin Publika.az-a bildirdiyinə görə, yayın isti günlərində əkin sahələrini suvara bilmirlər. Onlar problemin uzun müddətdir ki, davam etdiyini deyirlər. Sakinlərin iddialarına görə, yonca əkilən torpaqların susuzluqdan "dodaqları çatlayıb".
Qaracəmirli sakinlərinin sözlərinə görə, təsərrüfat sahələrini suvarmaq üçün dəfələrlə yerli icra orqanlarına məlumat veriblər. Lakin bu günə qədər onları eşidən olmayıb.
Kiçik və orta ölçülü heyvandarlıq təsərrüfatlarının ot və yem ehtiyatlarını qarşılamaqla məşğul olan fermerlər bu gedişlə qışda onları çətin sınaqların gözlədiyini söyləyirlər. Qaracəmirli kənd sakinləri onlarla fermerin yay dövründə bu cür problemlə üzləşdiyini vurğulayırlar.
Redaksiyamızdan onların eşidilməyən səslərinin yuxarı instansiyalara çatdırılmasını xahiş edirlər.
Məsələni araşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, su və meliorasiya məsələlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti baxır. Adıçəkilən qurumla əlaqə saxlamağa çalışsaq da, sualımızı ünvanlayacaq şəxs tapmadıq.
Ümid edirik ki, ən qısa zamanda Şəmkirin Qaracəmirli kəndinin fermerlərinin problemi aradan qaldırılacaq.
Tural Turan
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ

















.jpg)


















