Sosial
Köhnə avtomobil sürənlərə PİS XƏBƏR: Bu maşınlar yığışdırılacaq - VİDEO
Video əlavə olunub.
xxx
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün son addımlar atılır. Bununla bağlı hazırlanan yeni proqram tamamlanmaq üzrədir. Layihədə vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirilib.
Ölkəmizdə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb.
"Təmiz Şəhər" Açıq Səhimdar Cəmiyyətinin hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov "XəzərXəbər"ə bildirib ki, layihədə 2 dəfə zəruri dəyişiklik edilib. Onun sözlərinə görə, proses sonuncu mərhələdədir.
Qurum rəsmisi qeyd etdi ki, müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələr baxılması üçün Nazirlər Kabinetinə göndəriləcək.
Mirzə Laçınov vətəndaşlar üçün qaranlıq qalan əsas məsələlərdən birinə də aydınlıq gətirib.
Layihədə stimullaşdırıcı addımlar da nəzərdə tutulub. Mirzə Laçınov vurğulayıb ki, nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil alınarkən həmin nəqliyyat vasitəsinin alış məbləğinə güzəşt tətbiq ediləcək.
Utlizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır.
Qeyd edək ki, layihə təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayacaq.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)



























