Sosial
“Shokki Mokki” “Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbirə dəstək verdi
Uşaqların sağlam böyüməsini şüarı seçərək müxtəlif sosial layihələr reallaşdıran “Shokki Mokki” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbirə dəstək verib.
Publika.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİA-nın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qarabağ Dirçəliş Fondunun, AQSİA-nın, “Shokki Mokki” markasının və digər yerli və xarici qurumların nümayəndələri çıxış ediblər.
“Shokki Mokki” markasının marketinq müdiri Nəzrin Əliyeva tədbirdəki çıxışında “Azərsun Holdinq”in 30 ildən artıq Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayıb. O, bu illər ərzində ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması ilə bərabər onlarla Sosial Məsuliyyət layihəsinin Şirkət rəsmisi vurğulayıb ki, təmsil etdiyi “Shokki Mokki” markası da uşaqların sağlamlığı, maarifləndirilməsi, inkişafı istiqamətində onlarla sosial layihə reallaşdırıb. Həmçinin ən böyük layihə olan "Məktəbim" haqqında da məlumat verib.
Qeyd edək ki, “Shokki Mokki” markasının UAFA ilə birlikdə həyata keçirdiyi bu layihə nəticəsində Bakıda və bölgələrdə 50-yə yaxın məktəbəqədər təhsil ocağı yaradılıb. Onlarla evdar xanım işlə təmin olunub və yüzlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
