Sosial
Asan İmza sistemində problem yarandı - Rəsmi
Artıq bir neçə gündür ki, Asan İmza sistemi ilə bağlı problemlər yaranıb. Bu problemlə əlaqədar bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün deyil.
Publika.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən APA-ya bildirilib ki, Asan İmzada yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil. Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur.
Qeyd edək ki, Asan İmza (Mobil imza) - Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. ASAN İmza (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. ASAN İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. ASAN İmza ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ



































