Sosial
“Araz” supermarketlər şəbəkəsi “Zəfər xatirələri” sənədli filmini təqdim edib - FOTO
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Araz” supermarketlər şəbəkəsinin hazırladığı “Zəfər xatirələri” sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş İcraçı direktoru Aydın Talıbov, “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, şirkətin rəhbər şəxsləri, şəhid ailələri, qazi əməkdaşlar və digər rəsmi qonaqlar iştirak ediblər.
Sənədli film 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş “Araz” supermarketlər şəbəkəsinin qəhrəman əməkdaşlarının real döyüş xatirələrindən bəhs edir. Filmdə müharibə iştirakçıları Vətən uğrunda mübarizə yolundan, döyüş meydanında yaşadıqları unudulmaz anlardan və göstərdikləri fədakarlıqlardan danışıblar.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş İcraçı direktoru Aydın Talıbov müharibə iştirakçısı olan əməkdaşlara minnətdarlığını ifadə edib. O bildirib ki, Azərbaycanın tarixi Zəfəri Ali Baş Komandanın müdrik siyasəti, minlərlə igidin şücaəti, fədakarlığı və Vətən sevgisi hesabına qazanılıb: “Bu gün burada toplaşmağımızın məqsədi yalnız o günləri xatırlamaq deyil, həm də bu qələbəni bizə qazandıran qəhrəmanlarımızın xatirələrini əbədi yaşatmaqdır. “Araz” ailəsinin bir parçası olan əməkdaşlarımızın bu şərəfli tarixdə pay sahibi olması bizim üçün böyük qürurdur”.
Aydın Talıbov əlavə edib ki, Veysəloğlu Şirkətlər Qrupu hər zaman şəhid ailələrinin və müharibə iştirakçılarının qayğı ilə əhatə olunması, qəhrəmanlıq tariximizin yaşadılması istiqamətində layihələr həyata keçirməyə davam edəcək.
Tədbirdə həmçinin “Araz”ın şəhid əməkdaşlarının ailə üzvləri çıxış edərək qəhrəmanlarımızın həyat yolundan bəhs edib, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə təşəkkür ediblər.
“Zəfər xatirələri” sənədli filminin hazırlanmasında məqsəd Vətən müharibəsində iştirak etmiş əməkdaşların qəhrəmanlığını geniş ictimaiyyətə çatdırmaq, onların göstərdiyi cəsarət və vətənpərvərliyi gələcək nəsillərə ötürməkdir.








-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































