Sosial
Heydər Əliyev Mərkəzində forum keçirilir - FOTO
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar” adlı elmi-praktiki forum keçirilir.
Publika.az xəbər verir ki, forum Azərbaycanın hüquq və mədəniyyət sahələrindəki müasir çağırışlara diqqət yetirmək və bu sahələrdəki inkişafları müzakirə etmək məqsədini daşıyır.
İlk dəfə təşkil edilən Mədəniyyət Hüququ Forumunun əhəmiyyəti, xüsusilə Azərbaycanın mədəniyyət və hüquq sahələrinin qarşılaşdığı yeni çağırışlara və bu sahələrdəki hüquqi tənzimləmələrə dair müfəssəl müzakirələrin aparılması məqsədilə mühüm əhəmiyyət kəsb edən bir imkan yaradır. Forum çərçivəsində “Mədəniyyət və Hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz” və “Mədəniyyətin Beynəlxalq Münasibətlər Sistemindəki Yeri” mövzuları müzakirə ediləcək.
Forumda iştirak edən ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr edəcəklər.
Forumun keçirilməsi ölkəmizdə mədəniyyət siyasətinin hüquqi təminatına dair müxtəlif qurumlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dəstək verəcək. Mədəniyyət və hüquq sahəsindəki əməkdaşlığın inkişafı, Azərbaycanın mədəni dəyərlərinin qorunması və beynəlxalq aləmdə tanınması üçün mühüm addım olacaq. Həmçinin ölkəmizin beynəlxalq münasibətlərində mədəniyyətin daha effektiv şəkildə təmsil olunmasına töhfə verəcək.
Forumda müxtəlif dövlət orqanlarının nümayəndələri, hüquq və mədəniyyət sahələrində fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər.
***
Forumda çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, mədəniyyət və hüquq arasında mövcud olan konseptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır: “Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı”.
O qeyd edib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyət daxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır:
“Pozitiv mənada isə hüquq individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur.
Zəngin fərqli mədəniyyətlərin qovuşduğu Azərbaycan Respublikasında çoxəsrlik tarixi zaman kəsimində insan ləyaqətinə hörmət, azadlıq, bərabərlik və milli kimlik dəyərləri üzərində, o cümlədən multikultural ənənələri özündə əks etdirən milli mədəniyyət formalaşıb”.
Nazir əlavə edib ki, Azərbaycan mədəniyyəti tarixin bütün mərhələlərində Azərbaycan xalqının bir tam kimi mövcud olması və çağdaş dünyamızda qüdrətli, müasir Azərbaycan dövlətinə çevrilməsinin əsas şərtlərindən biri olub.
Nazir vurğulayıb ki, Vətən müharibəsində 44 günlük tarixi zəfərin əldə edilməsində Azərbaycan xalqının milli mədəniyyətinin xüsusi rol oynaması bunun bariz nümunəsidir.





-
İnanc17:042025-ci il başa çatır: Nostradamus və Vanqanın proqnozları doğruldu?
-
Sosial16:40Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi - FOTO
-
Sosial16:22Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
-
Sosial15:40Əli Kərimli ilə bağlı qərar verildi
-
Nida Xəbər 15:02Təkcə neft yox, başqa məhsullar da: İrəvan Bakıya bu icazəni verməli olduğunu bildirdi
-
Hadisə14:56Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Sosial14:00Pensiya alanlara şad xəbər
-
Dünya13:50İki ölkə arasında müharibə başladı
























.jpg)








