Sosial
Direktor müəllimlərlə əlbir olub - 71 min manat mənimsəyib
Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71301 manat vəsaiti mənsimsədiyi müəyyən edilib.
M.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü (külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı) maddələri ilə iş açılıb.
Məlum olub ki, direktor işə çıxmayan müəllimlərin əməkhaqqı kartlarını özündə saxlayıb və onlara ödənilən pulları nağdlaşdıraraq özünə götürüb. Bundan sonra M.Hüseynov evdə təhsilə cəlb edilən müəllimlərə ödənilən vəsaiti də mənimsəyib.
İstintaq müddətində M.Hüseynov büdcəyə vurulmuş zərəri qismən ödəyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu qeyd edilən maddələr üzrə təqsirli bilib. İşdən çıxarılan direktora sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı


















.jpg)

















.jpg)
