Sosial
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.
Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.
Sərdar Berdiməhəmmədov Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün iki xalq arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı


















.jpg)

















.jpg)
