Cənubi Qafqaz
Naxçıvanla sərhəd yüksəkliklər Azərbaycana verilir? - ŞOK İDDİA/VİDEO
Video əlavə olunub.
xxx
Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Yerasx yaxınlığındakı yüksəkliklərin Azərbaycana verilməsi ilə bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.
Publika.az xəbər verir ki, Yerasx istiqamətində bir sıra mövqelərin 25 dekabr tarixində Bakının nəzarətinə keçməsi planlaşdırılır.
Erməni mətbuatının məlumatına görə, yerli sakinlər, bu yüksəkliklərdə hazır vəziyyətdə olan hərbi heyətin mövqeləri tərk etmələri üçün əmr verildiyini iddia edir.
Bundan əvvəl “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Naira Zohrabyan müxalifətin mitinqindəki çıxışı zamanı Sünik (tarixi Zəngəzur) vilayətinin Qafan rayonunun Çakaten kəndinin Azərbaycana təhvil verildiyini açıqlamışdı.
Xatırladaq ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası mövzusu Ermənistanda ən problemli mövzulardan birinə çevrilib. Sünik bölgəsindəki mövqelərin təslim olması və Geğarkunik bölgəsindəki Zod yatağının bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda tənqid və etiraz fırtınasına səbəb olub.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































