Cənubi Qafqaz
İRƏVANDA ŞOK: Azərbaycanlı ilə erməni polis dalaşdı
“Yerablur” hərbi panteonunun ərazisində həmin ərazidə xidmət edən hərbi polis əməkdaşları ilə azərbaycanlı arasında insident baş verib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, belə bir sensasion iddia ilə erməni mediası (168.am) çıxış edib.
Hadisənin dəqiq tarixi açıqlanmasa da, “bir neçə ay əvvəl” olduğu bildirilib.
İddiaya görə, ermənicə kifayət qədər yaxşı danışan azərbaycanlı olduğu düşünülən şəxs Vazgen Sərkisyanın məzarı yanında oturaraq, bəzi rituallar edir, qəribə səslər çıxarır, əllərini qaldırıb-endirirmiş.
Polis həmin şəxsin kimliyini və panteona gəlişinin məqsədini öyrənmək üçün onunla gəlməyi tələb edəndə sonuncu müqavimət göstərib.
Becanov soyadlı şəxs bildirib ki, Azərbaycanda doğulmasına, azərbaycanlı ad-soyad daşımasına baxmayaraq, ermənidir və Ermənistanda çoxdan məskunlaşıb.
O əlavə edib ki, polis onu azad etməsə, ciddi problemlərlə üzləşəcək.
Hadisənin necə bitdiyi, bir neçə ay öncə baş verən olayın mediaya niyə indi çıxdığı, Becanovun dəqiq kimliyi haqda məlumat verilmir.
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO



























.jpg)








