Cənubi Qafqaz
Papikyan generalları Azərbaycanla sərhədə göndərdi - Orduya nəzarət itib
Ermənistanın müdafiə naziri Suren Papikyan yüksək rütbəli hərbçiləri döyüş mövqelərinə, xüsusilə Azərbaycanla sərhəddəki postlara göndərib.
Publika.az xəbər verir ki, Ermənistan hərbi rəhbərliyinin bu qərarı orduda qeyri-döyüş şəraitində baş verən ölüm sayının artmasından qaynaqlanır.
Ermənistan mediasının məlumatına görə, Papikyan əsgər ölümlərinə görə müşavirlərini – Melikset Poqosyan, Razmik Petrosyan və Kamo Vardanyanı vəzifələrindən azad edib. Bir neçə gün öncə isə hərbi polis rəisi postundan uzaqlaşdırılıb. Keçmiş polis rəisi, “Çihuahua” ləqəbli Aram Ovannisyan yeni hərbi polis rəisi təyin olunub.
“Hraparak” nəşri Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Papikyan əsgər intiharlarına və ordudakı xaosa görə günahkar axtarışına çıxıb.
“Nazir günahkarların cəzalandırıldığını göstərmək məqsədilə son günlər müxtəlif şəxsləri vəzifəsindən azad edir. Misal üçün, əsgərlərin öldürülməsi və ya intihar edilməsinə görə hərbi polis rəisi günahlandırılır, halbuki, bunun reallıqla əlaqəsi yoxdur. Ötən qış bir əsgər postdan enərkən, qar uçqunu altında qaldı. Sonradan məlum oldu ki, əsgərin postdan enməsi üçün adi “Vilis” belə yoxdur. Nazir və müavinləri isə bahalı avtomobillərdə gəzir. Buna görə günah fərdlərdə yox, ümumi sistemdədir”, - nəşr yazıb.
Məlumata görə, Papikyan postlara göndərdiyi yüksək rütbəli hərbçilərə əsgərlərin öldürülməsi və intihaların qarşısını almaq əmri verib. Nəşr qeyd edib ki, bu vəziyyət orduda nəzarətin itdiyini göstərir.
“Artıq bir neçə aydır generallar postlara göndərilib, lakin bu addımın ordudakı xaosa son qoyacağını demək çətindir”, - nəşr əlavə edib.
Asif
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































