Tabloid.az
Adları musiqi redaktorudur, amma... - Cavanşir Quliyevlə MÜSAHİBƏ
Son illər yeni yaranan musiqilərdən daha çox köhnə musiqilərimizin aranjeman olunaraq ifa edilməsini müşahidə edirik. Bir sözlə, musiqi sektorunda quraqlıq nəzərə çarpır. Gənc nəsil isə yeni əsərlər axtarmaqdan sanki bezib, köhnə əsərləri oxumaqla dinləyici kütləsinin fikrini cəlb etməyə çalışır. Məsələ ilə əlaqədar Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevlə söhbət etdik.
Publika.az sözügedən müsahibəni təqdim edir:
- Cavanşir bəy, illər sonra Şuşaya səfər etdiniz. Orada hansı hissləri keçirdiniz?
- Uzun illər sonra Şuşanı görmək mənim üçün çox xoş oldu. Əslində, bu gözəl şəhəri görəcəyimə bir o qədər də ümidim yox idi. Şuşanın qayıdacağına inanırdım, lakin ömrümün buna yetəcəyinə gümanım çatmırdı. Xoşbəxtlikdən Şuşanı bir daha görə bildim. Uşaqlığım Şuşada keçib. Hər yay biz ailəliklə Şuşaya dincəlməyə gedərdik. O dağları, meşələri çox gəzmişəm. Şuşanın hər tərəfini əzbər bilirdim. İllər sonra bu səfər yenidən xatirələri yada saldı. İnşallah bu ənənə davam edər və şuşalılar öz evlərinə geri dönər, Şuşada həyat yenidən başlayar. İnsanlar da yayda Bakının istisindən qaçıb Şuşada sərinlənər, dincələr.
- Şuşa mədəniyyətin, musiqinin, sözün-sənətin beşiyi hesab olunur...
- Şuşa ölkəmizin ən önəmli şəhərlərindən biridir. Çünki mədəniyyətimizin bir çox sahəsinin görkəmli insanları orada doğulub, böyüyüb, təhsil alıb. Şuşa Qafqazın və yaxın Şərqin önəmli mədəniyyət mərkəzlərindən biri olub və bu mərkəzi bərpa etmək bizim borcumuzdur. Düzdür, bəlkə indi bu, bir qədər çətin olacaq, çünki Şuşa kiçik şəhərdir. Orada böyük tikintilər aparmaq imkanımız yoxdur. Amma ən azından zamanında olan qədərini bərpa etməyə borcluyuq. Yenidən Şuşada mədəniyyət qaynamalı, mədəni həyat bərpa olunmalı və Şuşanın incəsənətimizə bəxş etdiyi insanların davamı gəlməlidir. İnanıram ki, bu, olacaq.
- Son illər gənc nəslin daha çox keçmiş mahnıları aranjeman edərək yenidən ifa etdiyini görürük. Sektordakı qıtlıq nə ilə əlaqədardır?
- Yəqin ki, səbəbi müəyyən qədər hər kəsə məlumdur. Hər bir müğənni özünün repertuarını zənginləşdirmək üçün mahnı axtarır. Yeni mahnı varsa, oxuyur. Yoxdursa, geriyə boylanır və oradan bir şeylər tapıb oxuyur. Bu proses onu göstərir ki, gənclərin xoşuna gələn yeni mahnılar azdır. Digər tərəfdən, mən hər zaman demişəm, indi də deyirəm. Bu işin həm yaxşı, həm də pis səbəbkarlarından bir də radio və televiziya kanallarıdır. Çünki musiqini onlar təbliğ edir. Onlar elə başa düşür ki, yeni gələn mahnıları efirə ötürməklə məşğul olmalıdırlar. Lakin bu, yanlış fikirdir. Onlar yeni mahnıların yaranmasına da təkan verməli, müğənnilərə hansı tipdə, hansı xarakterdə mahnılar oxumaqları barədə sifariş verməlidirlər. Adları musiqi redaktorudur, amma redaktə işini həyata keçirmirlər. Sadəcə gələn mahnıları seçib efirə verməklə məşğuldurlar. Bu, redaktə işi deyil. Hesab edirəm ki, onlar sadəcə oturub gözləməməli, bu məsələdə yardım etməlidirlər.
- İndiyə qədər "Avroviziya" mahnı müsabiqəsində ilk il istisna olmaqla hər il xarici bəstəkarların mahnıları ilə iştirak etmişik. Bir sözlə, Avropaya Avropa musiqisini təqdim etmişik. Bu mövzuda fikirlərinizi öyrənmək istərdik.
- Mən dəfələrlə demişəm ki, Avropada milli musiqilərimizdən qaynaqlanan mahnıların ifa edilməsinin tərəfdarı olmuşam. Biz hər il "Avroviziya" səhnəsində Azərbaycan musiqisindən qaynaqlanan müasir mahnılar göstərsək, bir müddət sonra Avropada Azərbaycan musiqisini tanımağa başlayacaqlar. Bizim məqsədimiz bu olmalıdır. Müsabiqədə hansısa yeri tutmaq o qədər də önəmli deyil, əsas məsələ təbliğatdır. Birinci yerə də çıxdıq, başqa bir çox pillələrdə də yer aldıq. Dəyişən nəsə olmadı. Avropanın Azərbaycana münasibəti necə idisə, elə də qaldı. Ona görə də biz o səhnədən musiqimizin təbliğatı üçün istifadə etməliyik. Avropa tamaşaçısının bizim musiqini tanımasını təmin etməliyik.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)





.jpg)














.jpg)



.jpg)

