Dünyanın ən zövqsüz birinci xanımı haqqında inanılmaz faktlar – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünyanın ən zövqsüz birinci xanımı haqqında inanılmaz faktlar – FOTOLAR

Kamerunun birinci xanımının orijinal görünmək istəyi onda qətiyyən uğurlu alınmır. Həddindən artıq bəzək-düzəyə və ifrata vardığı üçün çox zövqsüz qadın statusunu qazanıb. Onun özünəməxsus geyim üslubu olsa da, bu tərzdə gülməli görünür. Elə buna görə də Şantal Biyanı mətbuatda dünyanın ən zövqsüz birinci xanımı kimi qələmə verirlər.

Əslən fransız olan Şantal Biya 1971-ci ildə Kamerunun Şərq vilayətində anadan olub. Onun anası Afrika gözəllik müsabiqəsinin qalibi olub, atası isə fransız mühaciri olub. 2007-ci ilin iyulunda onun anası bələdiyyə seçkilərində Banqounun meri seçilib.

Şantal Biya Kamerunun ikinci həyat yoldaşıdır. Ərinin birinci həyat yoldaşı 1992-ci ildə dünyasını dəyişib. Şantal Biya Pol Biya ilə 1994-cü ildə ailə qurub. Xatırladım ki, onun əri ilə arasında çox “cüzi”, təxminən 40 il yaş fərqi var. Buna baxmayaraq, əri hələ də gümrah və canısuludur. Aralarında təxminən yarım əsr fərq olsa da, aralarında su keçmir, həm də çox mehriban görünürlər.

Hündür kol ağaclarını xatırladan 15 sm saç düzümləri

Şantal Biya məşhurluğunu qeyri-adi saç düzümlərinə borcludur. Çünki dünyada onu məhz qəribə saç düzümlərinə görə tanıyırlar. Kamerunun dəb ilahəsi və birinci xanımı Şantal Biyanın saçının hündürlü 15 sm-dir. Yeri gəlmişkən qeyd edim ki, bu saçlar qaynaq deyil, öz təbii saçlarıdır. Təbiətin onu gur saçlarla mükafatlandırmasına çox heyfsinlənirəm. Çünki belə gözəl gur saçları düzgün və səliqəli istifadə etmək qabiliyyətindən, qısa desəm, zövq hissindən məhrumdur.

Avropada onun stilini həddindən və lazım olduğundan artıq təmtəraqlı qiymətləndirirlər. Lakin planetimizin qaradərili xanım təmsilçisindən söhbət getdiyini unutmaq lazım deyil. Ona parlaq rənglər çox yaraşır. Lakin digər qaradərili birinci xanım Mişel Obamadan fərqli olaraq seçdiyi paltarı uyğunlaşdıra bilmir.

Dünyanın bir çox dizaynerləri onu zövqlü hesab etməsə də, öz ölkəsi onu dəb ilahəsi elan edib. Onu Afrika ölkələrinin dəb qanunvericisi adlandırmaq olar. Çünki Afrika ölkələrində xanımların çoxu birinci xanımı özlərinə örnək götürür, ilhamlanıb, Şantal Biya kimi geyinməyə çalışırlar.

Şantal Biyanın bu qəribə tərzi “Banane” adlanır. Biyanın zövqsüz adlandırmasının əsas səbəbi bu tərzinin protokol qaydalarına uyğun gəlməməsidir. O, isə hətta rəsmi tədbirlərə də bu tərzdə təşrif buyurur. Xanım Biya qeyri-adi saç düzümü ilə rəsmi görüşlərdə və qəbullarda qonaqları təəcübləndirməkdə özünə rəqib tanımır. Şantal Biya son zamanlarda saç akessuarlarına müraciət edir. Burada da maksimalist davranır. Onun aksessuarları zərif gül-çiçəyi deyil, kobud kol ağaclarını xatırladır.

Xanım Şantal Biya həmçinin ekzotik qarderobu ilə tanınır. “Chanel” və “Christian Dior” kimi böyük moda evləri onun sevimli brendləridir. Təəssüf ki, bu brendləri o, öz üzərində layiq olduğu kimi daşımır.

Şantal Biyanın bu qədər tənqid olunmasının digər səbəbi yaşlı görünməsidir. Üzünü kosmetik məhsulların hücumuna məruz qoyduğu, ağır makiyaja üstünlük verdiyi, həmçinin qəribə qaş forması etdirdiyi üçün ona 44 yaş vermək olmaz. Bu cür makiyajla olduğundan daha yaşlı görünür.

Maraqlı faktlar

Yarıfransız olan Şantal Biya alış-veriş üçün tez-tez Fransaya səfər edir. Ağlagəlməz səslənsə də, Şantal Biya dünyanın ən gözəl dəb ilahəsi, Fransanın isə keçmiş birinci Krala Bruni ilə yaxın rəfiqədir. Deyilənlərə görə, Şantal Fransaya alış-verişə gələndə Karla ilə zəngləşib, görüşürlər. Bir sıra xeyriyyəçilik layihələri ilə məşğul olan Şantal Biya görünür ki, təmizqəlbli insan olduğu üçün Karla Bruninin simpatisyasını qazana bilib.

O, bir neçə xeyriyyə təşkilatları yaradıb. Məsələn, Afrikada birinci dəfə QİÇS xəstəliyinə qarşı mübarizə mərkəzinin yaradılması Kamerunun birinci xanımı Şantal Biyanın təşəbbüsü ilə bağlıdır. Bununla yanaşı Şantal Biya Kamerunda bir neçə xeyriyyə fondlarının yaradılmasına nail olub.

Şantal katolikdir. Doğrudur, bəzən bu çox qəribə görünür. Məsələn, o, çox zaman milli baş örtüklərində kilsə simvollarının təsvir olmasını sifariş verir.

Publika.az Şantal Biyanın fotolarını təqdim edir:

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm