Tabloid.az
Balonka kurtkaları nə ilə geyinməli? - Fotolar
Balonka kurtkalar bütün xanımların sevərək geyindiyi qış geyimlərindən biridir. Həm rahat olmaları, həm də insanı isti saxlamaları, üstəlik külək və yağışdan qorumaqları balonkaları sevməyimizin əsas səbəbidir. Ancaq bir çox xanım balonka kurtkaların zərifliyə kölgə saldığını düşünür. Ancaq onları doğru geyimlərlə kombinə etsəniz, küçə modasında öz sözünüzü deyə bilərsiniz.
Tabloid.az-ın moda yazarı hesab edir ki, balonka kurtka seçərkən ilk əvvəl uzunluğuna diqqət etmək lazımdır. Qısa balonkalar daha rahat olsa da, ən çox istifadə edilən orta uzunluqda olanlardır. Zövqsüz görünmək istəmirsizsə, dizdən aşağıda bitən modellərdən uzaq durmalısınız. Balonka kurtkada şıq görünmək istəyirsinizsə, onun belinizə kip oturmasına diqqət edin. Belində kəmər olan modellər daha gözəl görünür.
Balonka kurtkalar həcmli olduqlarından dar cins və ya dəri laisini ilə daha şıq görünür. Balon gödəkçə ilə ətək geyinmək istəyirsizsə, dar ətək seçin. Kombininizi qısa və ya uzun çəkmə ilə tamamlaya bilərsiniz. Dikdaban ayaqqabı modellərinə də üstünlük verə bilərsiniz.
Balonka kurtkalar mini donlarla da olduqca xoş görünür. Kombininizə şapka, əlcək, şərf kimi aksessuarlarla rəng qata bilərsiniz.
Tabloid.az
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son




































