Tabloid.az
Bəyimxanım Vəliyeva möhtəşəm əsərə ekran həyatı verir - Foto
Muğam ifaçısı Bəyimxanım Vəliyeva bir neçə ay öncə yaradıcılığına musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevayanın olan “Arazbarı” adlı əsərini əlavə edib. Bəyimxanım bu əsəri həmkarı, muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib.
Əsər bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən danışır. “Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça da səslənib.
Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib. Tabloid.az xəvər verir ki, “Arazbarı”da tar alətini əməkdar artist Malik Mansurov, kamança alətini isə əməkdar artist Elşən Mansurov səsləndirib. Ümumilikdə adıçəkilən əsərdə 10 nəfərdən ibarət xor iştirak edib.
İndi isə xanəndə bu əsərə ekran həyatı verir. Bəyimxanım açıqlamasında deyib ki, “Arazbarı”nı çəkən rejissor Bəxtiyar Qaraca və onun assistenti Kəmalə xanımdır: “Klipin bağlı məkanda nəzərdə tutulan çəkilişləri artıq başa çatıb. İndi ancaq rayondakı çəkilişlər qalıb. Yaxın günlərdə çəkilişləri davam etdirmək üçün Sabirabada yollanacayıq. Orada suyun qovuşan yerində, Kürün qırağında çəkəcəyik. Bu əsərdə əməyi keçən hər kəsi elə klipdə də görəcəksiniz. Bu balaca bir mahnı deyil. Böyük musiqi əsəridir. Təxminən 10 dəqiqəni əhatə edir”.
İfaçı qeyd edir ki, “Arazbarı” əsərinin təqdimat mərasimi mart ayına planlaşdırılır.
Onu da vurğulayaq ki, xeyli zamandır yaradıcılığında durğunluq yaşayan xanəndə bundan sonra daha ciddi yaradıcılıq işləri ilə məşğul olacaq: “Artıq sanki ikinci nəfəslə sənətə başlayıram. Tamaşaçılarım yeni əsərlər, mahnılar, layihələr və konsertlər gözləsinlər”.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ