Yazarlar
“Yarımçıq əlyazma”nın ikinci nəşri - Türkiyədə
Azərbaycan, Rusiya, Fransadan sonra Kamal Abdullanın “Yarımçıq əlyazma”əsərinin ikinci nəşri Türkiyədə, “Ötüken” nəşriyyatında işıq üzü görüb.
“Axar.az”xəbər verir ki, kitaba ön sözü əsəri türk dilinə tərcümə edən professor-doktor Ali Duymaz yazıb. Ön sözdə əsərin Azərbaycanda ilk postmodern roman olduğu vurğulanıb. Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı həm Azərbaycanda, həm də ölkəmizdən kənarda müxtəlif ədəbi çevrələrdə geniş müzakirələrə səbəb olub.
Əsərdə mətn içərisində mətn estetikası özünü göstərir: gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun “Kitabi Dədə Qorqud” eposunun yazılmadan öncəki qeydlər olduğunun fərqinə varır. Romanda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Xatırladaq ki, əsər dünyanın on bir dilinə tərcümə edilərək, Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ və s. ölkələrdə nəşr olunub. Bir çox ölkələrdə “Yarımçıq əlyazma”nın təqdimatı olub və müxtəlif universitet çevrələrində əsərin müzakirələri keçirilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















